'' Qoç ''
Liderlik xüsusiyyətinə mailk olan Qoç, bəzən çox aqressiv olur, öz fikirlərini tez deyirlər.Buna görə də, hədiyyəni açdığında sizə qarşı heç gözləmədiyiniz münasibəti göstərməsi də mümkündür.Ona hədiyyə alacağınızı mütləq gizli saxlayın.çünki bunu hiss etsə, sizi yönləndirməyə çalışacaq, ürəyindən keçdiyi şeyləri aşaqğıdakılardan biri ola bilər.
Qoç bürcünə uyğun hədiyyələr:
1.Gözəl saat
2.İdman aksesuarları
3.Bahalı bir köynək
4.Ən sevdiyi müğənninin son albomu
'' Buğa ''
Agıllı, yemək yeməyi xoşlayan, sevgiyə bağlı olan və həm də pulu da çox sevən buğalar, hədiyyə almaq üçün ən münasibət insanlardır.ümumiyyətlə yeməyi çox xoşladıqları üçün qız və ya oğlan olmasından asılı olmayaraq onu gözəl bir axşam yeməyinə dəvət edə bilərsiniz.Pula önəm verdiyi üçün, bahalı hədiyyələrə üstünlük verin.Məsələn, özəl bir kosmetika, aksesuar və ya bahalı bir bəzək əşyası onu çox sevindirəcək.
'' Əkizlər ''
Qürurlu, dəyişkən ruhlu Əkizlər, qapalı xarakterə malikdirlər.Buna görə də onun üçün ən yaxşı hədiyyənin nə olduğunu bilmək çətindir.Amma həyat tərzi ona hədiyyə seçimində sizə kömək edə bilər.Yeni il hədiyyəsi kimi əl aksessuarı ya da geyim də orijinallığı sevdiyi üçün xoşuna gələcək.Həm də aldığınız hədiyyəni gözəl bir qutunun içinə qoymağı və üzərinə xoş arzularınızın yazıldığı bir kart qoymağı unutmayın!
'' Xərçəng ''
Sadiq, yaradıcı, duyğusal Xərçəng üçün hədiyyə alanda çox diqqətli olun.çünki tez küsürlər və hər bir hədiyyədən bir məna çıxartmağa çalışırlar.Hər halda onu istəmədən incitmək və ya küstürmək istəməzsiniz.Tarixə və dekorasiyaya önəm verən bu bürc üçün ən ideal hədiyyə, otağı üçün maraqlı və istifadə edə biləcəyi bəzəkli aksesuarlar olacaqdır.Həm də geyimlerinə çox fikir verdikləri üçün gözəl bir geyim hədiyyəsi çox xoşlarına gələcəkdir.Məsələn qaşlarla bəzədilmiş broş və ya açarlıq.
'' Şir ''
Cəsur, hərəkətli bir şəxsiyyətə malik olduqları üçün Şir, həm də əmr verməyi xoşlayır.Buna görə də onun üçün alacağınız hədiyyənin heç kimdə olmaması çox önəmlidir.Qiymət problem deyil, çünki şirlər pula önəm vermirlər.Buna görə də yaradıcı yanaşın.Məsələn, sizin çəkdiyiniz rəsm əsəri, ondan xəbərsiz çəkdiyiniz bir fotoşəkili, qısası heç kimdə görə bilməyəcəyi özəl əşyalar onu cəzb edəcəkdir.Yeni ildə Şir bürclü sevgilinizə yeni il bayramı kimi özəl və çox maraqlı bir hədiyyə almağınız məsləhətdir.
'' Qız ''
Şanslısınız, çünki səbrli və səliqəli Qız üçün hədiyyə seçiminiz çox genişdir.Məsələn, bütün il ərzində əlindən düşürməyəcəyinə əmin olduğunuz kitab, onun çox sevdiyi ətir, Kompyuter CD-ləri və disketləri, hobbisiylə bağlı aksesuarlar və s. ala bilərsiniz əsasəndə məhşur markalı ətirlərdən alsanız heçdə peşman olmazsınız.
'' Tərəzi ''
Romantik və əzmkar Tərəzi, təəcübləndirici hədiyyələrdən xoşlanır.Məsələn, bəzək əşyası kimi görünən, əslində bir telefon olan hədiyyə onu xoşbəxt edər.Bundan başqa ekzotik və otantik əşyalar satılan mağazalara da baş çəkib hədiyyə seçməniz məsləhət görülür.çünki tərəzilər üçün uyğun hədiyyəni burdan da ala bilərsiniz.Heç bir şeydə qərar verə bilmədinizsə narahat olmağa dəyməz.çünki romantik tərəziyə alacağınız lirik mahnılardan ibarət CD, ya da rəsmlərini qoya biləcəyi bir albom da onun üçün yadda qalan və sürprizli hədiyyə ola bilər.
'' Əqrəb ''
Qərarlı və yenilikçi xarakterə malik olan əqrəb, otağına çox bağlıdır.Buna görə də otağı üçün alacağınız bəzək əşyası, rəngli bir stol saatı ya da orijinal bir gecə lampası onu çox sevindirəcəkdir.Əgər siz hökmən geyim və ya ətir almaq istəyirsinizsə əqrəbin bahalı və keyfiyyətli şeylərdən xoşlandığını bilməniz lazımdır.
'' Oxatan ''
O, cəsur, müstəqilliyə can atan və şən xarakterə malikdir.Onun üçün xatirəyə çevriləcək hədiyyə almağınız məsləhətdir.Bir səyahət bileti ilə aranızdakı bütün problemləri həll edə bilərsiniz.çünki Oxatan gəzmək, yəni yerlər kəşf etmək üçün yaradılımışdır.Əgər axtardığınız maddi dəyəri daha aşağı bir hədiyyə isə, tövsiyyəmiz çanta, ya da bir özəl bir bağlama ilə bəzədilmiş parfüm dəsti olacaqdır.Gözəl bir köynək və ya ayaqqabı da onunçün ala biləcəyiniz digər 2 hədiyyə alternatividir.Bir də oxatan nostalji mahnılarla keçmişi xatırlamağı çox xoşlayır.Bunu da nəzərə almağı unutmayın.
'' Oğlaq ''
Disiplinli, çalışqan və bir az da melonxolik olan Oğlaq üçün gözəl bir qələm, dəri cüzdan, çanta, son dəbə uyğun aksesuarlar ala bilərsiniz.Vaxta çox əhəmiyyət verdikləri üçün çox funksiyalı saat da xoşuna gələcəkdir.Həm də ki ayaqqabı düşgünü olan oğlaqı ən son dəbli ayaqqabıyla da şad edə bilərsiniz.
'' Dolça ''
Dolça üçün alacağınız hədiyyəni gizli saxlamalısınız.Yoxsa, sürpriziniz alt-üst ola bilər. Onun üçün xüsusi olaraq hazırlanmış gözəl ətirli şamlarla bəzədilmiş romantik şam yeməyi unudulmaz Yeni il hədiyyəsi olacaqdır.Səyahəti çox sevsə də onunçün səyahət planlaşdırmayın.çünki kiminsə planarı ilə hərəkət etməyi xoşlamır.
'' Balıqlar ''
Dostcanlı, zövq düşgünü, romantik, pula heç önəm verməyən bu bürclü sevgilinizə alacağınız hədiyyənin maddi dəyəri heç önəmli deyil, önəmli olan seçiminizin onun zövqünə uyğun olmasıdır. ən sevdiyi markalardan olan qayış və ya potmane onun üçün xüsusi hədiyyə ola bilər.İdman stilində geyinən balıqlar üçün köynək və ya ayaqqabı alabilərsiniz.
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Burcler haqqinda çox şey