QOÇ bürcundən olanların üçdə biri heç zaman qəza törətmirlər, amma yarısı isə həsəd aparılacaq dərəcədə intizamlılıqları nəticəsində qəza törədirlər. Burada hansısa qanunauyğunluq tapmaq çətin olsa da, o faktı demək olar ki, hadisələrin əksəriyyəti şəhərkənarı şosselərdə baş verir və YNH-də iştirak edən bütün avtomobillərin yanması ilə nəticələnir. Ona gorə də gərək Qoçlar yanğınsöndürmə balonlarını avtomobildən əkshik etməsinlər.
BUGALAR öz avtomobillərinin böyüklüyünə və mühərrikin gücünə çox böyük əhəmiyyət verirlər. Əgər bu böyük bir 4x4 - dürsə, başqalarına fikir vermədən üstünüzə çıxa bilərlər. Lakin bu adi və ya kompakt avtomobildirsə, onda Buğalar yenə də özlərini Cipin sükanı arxasında hiss edirlər və irəli şığıyırlar. Belə sürücülərlə yolda rastlaşmaq çox zaman sığorta şirkətinin əməkdaşları ilə tanış olmağınıza səbəb olacaqdır.
ƏKİZLƏR isə narahat və qaynar xarakterli olduqları üçün ləng hərəkət zamanı, xüsusilə tıxaclarda darıxırlar və əsəbləşirlər. Buna görə də çox riskli və santimetr hesabı manevrlər edir, qonşularının hərəkətlərini kopyalayırlar ki, bu da hər zaman uğurlu olmur və tez tez balaca qəzalarla nəticələnir.
Nə qədər qəribə də olsa, XƏRÇƏNG sürücülərin arxa-arxaya hərəkəti zamanı törətdiyi qəzalar orta statistik hesablamalardan bir neçə dəfə yüksəkdir. Bunun səbəbini izah etməkdə münəccimlər də çətinlik çəkirlər.
ŞİR - bürcündən olan avtomobil sahibləri hərəkətin digər iştirakçıları üçün yüksək təhlükə yaratmaları ilə seçilirlər. Maraqlı odur ki, onların idarə etdikləri avtomobillərin markaları ilə törətdikləri YNH arasında da müəyyən asılılıq müşahidə olunur. Yaponiya və Koreya istehsalı olan avtomobillərdə Şirlər 4 dəfə daha tez-tez, Amerikan və Avropa maşınlarında isə 2 dəfə çox qəza törədirlər. Amma Peugeot avtomobilinin sükanı arxasında bu sürücülər qəzalarının sayını katastrofik səviyyədə artırırlar. Ona görə də Şirlərə Peugeot sürmək məsləhət deyil.
QIZLARA gəldikdə astroloqlar belə bir vahid fikirdə birləşirlər ki, onlar digər bürclərə nisbətən daha az qəza törədirlər, çünki sükan arxasında onların diqqəti birə beş artır. Amma çox zaman ətraflarında baş verənlərdən xəbərləri olmur.
Statistik hesablamalara görə hər şeyi balanslı şəkildə götür-qoy edən TƏRƏZİLƏR çox vaxt ekstremal vəziyyətlərdə çevik qərar qəbul etməkdə çətinlik çəkirlər. Çox qiymətli saniyələri "edim - etməyim" sualına cavab axtarmağa sərf edirlər ki, sonra qəzanın qarşısını almağa vaxt qalmır.
Bürclərin ən aqressiv işarəsi - ƏQRƏBLƏR - yollarda da təbiətlərindən gələn xüsusiyyətlərini nümayiş etdirirlər. Araşdırmaların nəticələrinə görə "Avtoşların" böyük əksəriyyəti Əqrəb bürcü altında doğulanlardır. Qəzaların sayına görə onlar sonuncu yerdə dayansalar da, "Az olsun, saz olsun" prinsipinə sadiq qalaraq törədəndə elə ağır qəzalar törədirlər ki, bütün digər statistikalarını silib süpürürlər.
OXATANLARİN diqqəti hərəkət zamanı həmişə yoldan yayınır. Statistikaya görə əgər kişi oxatanlar öz diqqətlərinin 40% - ni yola yönəldirlərsə, qadın oxatanlarda isə bu faiz təəssüf ki, 3% - i keçmir. Oxatanların törətdiyi əksər YNH-də 3-dən 25-ə dək avtomobil iştirak edir.
Statistika göstərir ki, OĞLAQ bürcünün nümayəndələrinin 80% -i Rusiya istehsalı olan avtomobillər (və ya yük maşınları) sürürlər ki, tıxaclarda çox zaman yanlarındakı avtomobil sahiblərinin onlara tərs-tərs baxmalarının şahidi olurlar. Sükan arxasında çox gərgin olan Oğlaqlar, telefonla danışmaqdan çəkinir, amma buna baxmayaraq çox vaxt həqiqətən də uzun tıxac yaradırlar.
Günərin bir günündə sizin horoskopunuzda " Dolçalar, yollarda ehtiyatlı olun" ifadəsinə rast gəlsəniz bunu qulaq ardına vurmayın və ciddi yanaşın. Çünki astroloqlar bürclərə görə yollarda qəza törətmə ehtimallarını və bunların səbəblərini araşdırmağa nail olublar. Onlar sübut edirlər ki, DOLÇA bürcü altında dünyaya gələnlər suya olan "qeyri-sağlam" ehtirasları ucbatından yollarda böyük təhlükələr yaradırlar. Allah eləməsin ki, onların şüşəyuyanlarının suyu qurtarsın, o zaman qəzaya hazır olun. Görüntünün pisləşməsi qəza ehtimalını xeyli artırır. Amma daha tez-tez Dolçaların avtomobilləri sahildən dənizə düşürlər. Demək ki, suyu bu qədər sevmək də təhlükəlidir...
BALIQLAR - şəhər nəqliyyatında özlərini "suda balıq" kimi hiss edirlər. Lakin çöl şəraitində və sərbəst yollarda isə orientasiyanı itirirlər və bir qayda olaraq tez-tez öz səfərlərini yol kənarındakı dirəklərdə, hasarlarda və ya ən yaxşı halda maneələrdə sona çatdırırlar.
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Burcler haqqinda çox şey