Balıqlar — Buğa. Bu münasibətlərdə Buğa liderlik edəcək. Balıqlar da bununla razılaşmalıdır. Balıqlar güzəştə getməyi bacarmalıdır. Əgər bu onlarda alınsa, yaranan ailə çox xoşbəxt və uzunömürlü ola bilər.
Balıqlar – Əkizlər. Heç biri sabitqədəm deyillər. İlk görünüşdən bir-birini cəlb etsələr də, Əkizlərin dəyişkənliyi, Balıqların çox hissiyyata qapanması, münasibətlərin korlanmasına gətirib çıxaracaq. Bunlar arasında yaranan ailə uğursuzdur.
Balıqlar — Xərçəng. Bu münasibətlərdə hər ikisi özünü xoşbəxt hiss edəcək. Xərçəng lider olacaq. Xərçəng Balıqlara qarşı tələbkardır. Balıqlar onların dediklərini can-başla yerinə yetirir. Ailə uğurludur.
Balıqlar — Şir. İki bir-birindən fərqlənən və əks olan xarakterli insanlar biri digərini axıra qədər başa düşmür. Dözümsüz hökmran Şir, sentimental, xəyalpərəst Balığı qıcıqlandırır. Bu münasibətdən hər ikisi çox əziyyət çəkir. Ailə çox uğursuzdur.
Balıqlar — Qız. Bu bürc sahibləri bir-birinə çox gözəl yaraşırlar. Hər ikisinə bir-biri ilə ünsiyyət yaratmaq xoşdur. Hər bir münasibət uğurlu sayılır. Qurulan ailə xoşbəxt və uzunmüddətli ola bilər.
Balıqlar — Tərəzi- Bu münasibətlərin lap əvvəlində problemlər var. Tərəzilərin tənbəlliyi, laqeydliyi Balıqları özündən çıxardır. Hər ikisi komfort şəraiti sevir,amma işləmək istəmirlər. Ailə münasibətləri uğursuzdur.
Balıqlar — Əqrəb. Bir-birinə uyğun olan ideal cütlükdür. Onlar bir-birini tamamlayırlar. Bir yerdə olmaq onlar üçün xoşdur. Bu münasibətdə Əqrəblər liderdirlər. Balıqların romantikliyi Əqrəblərin ürəyincədir. Ailə uğurludur.
Balıqlar — Oxatan. Onlar bir-birini çətin başa düşürlər. Oxatan həyatda daha aktiv, Balıqlar isə passivdir. Ailədə də problemlər məhz bu səbəbdən olur. Oxatan Balıq ilə darıxır. Liderlik Oxatanın əlindədir. Ailə uğursuzdur.
Balıqlar — Oğlaq. Problemlər yaransa da, bir-birini bağışlaya bilirlər. Özünə inanan, güclü Oğlaq Balıqları qoruya bilir. Balıqlar isə Oğlağın həyatına romantiklik gətirir. Yaranan münasibətlər və ailə uğurludur.
Balıqlar — Dolça. İlk baxışdan bir-birini bəyənsələr də, sonradan yaranan problemlər münasibətlərin uzunmüddətli olmasına imkan vermir. Dostluq və işgüzarlıq əlaqələri yaxşı sayıla bilər. Ailə haqqındasa bunu demək çətindir.
Balıqlar — Balıqlar. Eyni bürc olduğundan yaxşı yola gedirlər. Hər ikisi xəyalpərəstdir, bu da problemlərə gətirib çıxarır. Tərəflərdən biri münasibətdə mütləq lider olmalıdır. Bu mümkün olsa, ailə uğurlu sayıla bilər
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: Burcler haqqinda çox şey