Bitkilər yerin altındakı göbələk torundan istifadə edərək bitki bitlərinin hücumunu bir-birlərinə xəbər verirlər.
Bitkilərin hava yolu ilə xəbərləşdiyi bundan əvvəl sübut olunmuş, məhv olmuş bitkinin sorduğu kimyəvi maddələrin qonşu bitki tərəfindən müəyyən edildiyi üzə çıxarılmışdı.
Yeni aparılmış bir tədqiqata əsasən, bitkilər yerin altındamycorrhizae adlıgöbələklərdən ibarət tor ilə bir-birlərinə bağlıdırlar.
“Ecology Letters” adlı jurnalda dərc olunmuş tədqiqat bu göbələklərin bitkilər arasında ünsiyyətə kömək etdiyini aşkar edib.
İngiltərədəki ekoloji tədqiqat institutlarının apardığı tədqiqatda göbələklərin əmələ gətirdiyi ipəbənzərtoruntəsirləri tədqiq olunub.
Tədqiqat qrupu xüsusilə bitki biti hücumunun təsirini araşdırıb.
Bir çox bitki həm bu bitləri uzaqlaşdıran, həm də onlarla qidalanan eşşək arılarını cəlb edən kimyəvi maddələr ifraz etməklə bitlərə qarşı mübarizə aparır.
Tədqiqat qrupu beş paxla bitkisi yetişdirərək bunlardan üçündə mycorrhizae göbələk torlarının əmələ gəlməsinə imkan verib, digərlərində bunun qarşısını alıb.
Hava yolu ilə rabitəni kəsmək üçün bitkilər torbalarla örtülüb.
Bir bitkinin bitki bitlərinin hücumuna məruz qalmasına imkan verilib. Mycorrhizae göbələkləri olan bitkilərin dərhal kimyəvi müdafiə sistemi qurduqları müşahidə olunub, digərlərində isə heç bir kimyəvi reaksiya baş verməyib.
Tədqiqat qrupundan olan Con Piket mycorrhizae göbələyinin bitkidən fotosintez məhsulları aldığına görə bitkiyə yaxşılıq etdiyini – bitkilər arasında rabitə funksiyası yerinə yetirdiyini açıqlayıb.
Piket bu sistemin təsirli və güclü olduğunu vurğulayıb.
Tarix: 08.12.2014 / 16:18 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Biologiya