1.Cücüləri öyrənən elm entomologiya adlanır.
2.Məməliləri öyrənən elm teriologiya adlanır.
3.Heyvanların quruluş xüsusiyyətlərini öyrənən elm morfologiya adlanır.
4.Heyvanların yayılmasını öyrənən elm zoocoğrafiya adlanır.
5.Heyvanların davranışını öyrənən elm etologiya adlanır.
6.İlk dəfə sistematikanın prinsiplərini qeyd edərək onları 6 sinfə bölən,növ haqqında təlim yaradan,müasir sistematikanın əsasını qoyaraq insanı zooloji növ kimi göstərən alim Karl Linney olmuşdur.
7.İbtidai onurğasızları öyrənən,heyvanların 14 sinfini qeyd edən,heyvanları onurğasızlar və onurğalılara bölən,təbiətin tarixi inkişafı-təkamül təliminin banisi,ilk dəfə insanın insanabənzər meymundan əmələ gəlməsi hipotezini irəli sürən alim Jan Batist Lamark olmuşdur.
8.Təkamül təlimi nəzəriyyəsini şərh edən,təbii seçmə anlayışını elmə gətirən alim Çarlz Darvin olmuşdur.
9.Ən böyük aralıq vahid(sistem vahidlərindən əlavə vahid) imperiyadır.(canlılar imperiyası)
10.İbtidailəri ilk dəfə görən alim Antoni Van Levenhuk olmuşdur.
11.İbtidailər əslində 5 tipə bölünür:Sarkomastiqoforlar,Sporlular,Mikrosporidilər,Knidosporidilər,İnfuzorlar tipi.Bəzi alimlər isə onları 7 tipə bölür.Burdakı 2 əlavə tip bunlardır:Labirintullar tipi(35 növ),Astsetosporlular tipi(30 növ).
12.Sarkomastiqoforlar tipi 2 yarımtipə bölünür:sarkodinlər və qamçılılar.Sarkodinləri iki sinfə bölürlər:kökayaqlılar və şüalılar(radiolyarilər).Günəşkimilər(Heliozoa) sinfini müasir təsnifatına görə şüalılara aid edirlər.İbtidailərdə hüceyrənin müvəqqəti çıxıntıları yalançı ayaqlar və ya psevdopodiyalar adlanır.
13.Bərk hissəciklərin hüceyrə tərəfindən udulmasına faqositoz,su damcılarının hüceyrə tərəfindən udulmasına pinositoz deyilir.
14.Sarkodinlər iki dəstəyə bölünür:amöblər,çanaqlı amöblər və dənizlərdə yaşayan çanaqlı kökayaqlılar-foraminiferlər.
15.Dizenteriya amöbünün insanın bağırsağında törətdiyi xəstəlik amöb dizenteriyası və ya amebiaz adlanır.
16.Çanaqlı dəniz foraminiferləri ən çoxsaylı kökayaqlılardır.Foraminiferlərin sitoplazması,birkameralı və ya çoxkameralı,bəzən şaxələnən əhəngdaşından(qum zərrəcikləri ilə birlikdə) əmələ gəlmiş çanağın içərisində olur.Bunlar 1 qayda olaraq,dəniz dibinin sakinləridir.
17.Sarkodinlərin digər qrupu radiolyarilər və ya şüalılardır.Bunlar dənizlərdə yaşayan,ölçüləri 40 mkm-dən 1mm-ə qədər olan plankton heyvanlardır.Radiolyarilər məsaməli quruluşlu sitoplazma ilə əhatə olunmuş və silisium tərkibli şüalardan ibarət olan daxili skeletə oxşar quruma malikdirlər.
18.Radiolyarilər ikiyə bölünmə yolu ilə çoxalırlar,ancaq bəzi növlərdə cinsi proses müşahidə olunur.Bu da qamçılı qametlərin kopulyasiyası adlanır.
19.Silisiumdan əmələ gəlmiş xarici skelet sarkodinlərin,əsasən,şirin sularda yaşayan digər qrupu-günəşkimilər(Heliozoa) üçün də xarakterikdir.Bütün günəşlilərdə kürəşəkilli bədəndən ətrafa günəş şüaları kimi düz,sapşəkilli yalançı ayaqlar uzanır,sitoplazmada bir və ya bir neçə nüvə olur.
20.Qamçılıların hüceyrələrinin malik olduqları qalınlaşmış qılaf pellikula adlanır.
21.Qamçılılar tipi 2 sinfə bölünür:qamçılı bitkilər,qamçılı heyvanlar.
22.Volvoks latıncadan “diyirlənən” deməkdir.
23.Volvoks koloniyasında bölünmə xassəsinə çox az hüceyrə,əksər hallarda 4-10 hüceyrə qabildir.Bu hüceyrələr “ vegetativ çoxalma hüceyrələri” adlanır.
24.Qamçılı heyvanlar tipinə aiddir:bodo,triponosomlar,leyşmaniyalar,lyambliyalar.
25.Bodo şirin sularda yaşayır,bakteriyalarla və xırda ibtidailərlə qidalanır.Triponosomlar insan orqanizmdə “şərq yarası” və ya “il yarası” adlanan yuxu xəstəliyinin törədicisidir.Bu xəstəlikləri se-se milçəyi yayır.Leyşmaniyalar leyşmanioz xəstəliyinin törədicisdir ki,bu xəstəliyi də mığmığalar yayır.Çoxqamçılı lyambliya insanların bağırsaq və qaraciyərini zədələyir.
26.Koksidikimilərə koksidilər və qanlı sporlular aiddir.Koksidilər bağırsaq divarının hüceyrələrində parazitlik edirlər.Onlar dovşanlarda koksidioz xəstəliyini törədir.
27.Hüceyrənin çoxlu sayda qız hüceyrələrə bölünməsi şizoqoniya adlanır.
28.Ziqotun bölünməsi nəticəsində hər birində 2 hüceyrə olan 4 spor əmələ gəlir.Bu hüceyrələr sporozoid adlanır.
29.Ziqotun çoxlu hüceyrələrə-sporozoidlərə bölünməsinə sporoqoniya deyilir.
30.Qanlı sporlular insan və heyvanların qanında parazitlik edirlər.Məsələn,malyariya plazmodiumu.
31.İnfuzorların böyük nüvəsi makronukleus,kiçik nüvəsi mikronukleus adlanır.
32.İnfuzorun sitoplazmasının xarici qatı ektoplazma adlanır.
33.İnfuzorlarda ektoplazmada
yırtıcılardan müdafiə olunmağa xidmət edən kiçik quruluşlar var ki,bunlar trixosistlər adlanır.
34.Heyvanlar üçün xeyirli infuzorlar simbiont infuzorlardır.
35.Lövhəşəkillilər hazırda yaşayan ən primitiv çoxhüceyrəlilərdir.Onlar dənizlərdə yaşayır və suyun dibində sürünürlər.Lövhəşəkillilərin,məsələn,trixoplaksın bədəni xaricdən qamçılı hüceyrələrlə örtülüb,daxildə həlməşik maddənin içərisində həzm hüceyrələri yerləşir.
36.Oksigen və qida hissəciklərini süzgəc vasitəsilə alan heyvanlara filtratorlar deyilir.
37.Süngərlərdə həzm prosesi yaxalıqşəkilli hüceyrələrin daxilində gedir.Bu cür həzmə hüceyrədaxili həzm deyilir.
38.Süngərdə örtük və yaxalıqşəkilli hüceyrələr qatlarının arasında yerləşən həlməşik maddə mezoqley adlanır.(bağırsaqboşluluqlarda ektoderma ilə entoderma arasında)
39.Əvvəllər polipləri,həmçinin,süngərləri “heyvan-bitkilərə”-zoofitlərə aid edirdilər.Ancaq XVIII əsrin ortalarında İsveçrəli təbiətşünas Abraam Tramble şirin su hidrasını ətraflı öyrəndi və onun əsl heyvan olduğunu sübut etdi.
40.”Polip”-latınca çoxayaqlı deməkdir.
41.Bağırsaqboşluqluların 3 sinfi var:hidroidlər(hidrozoalar),sifoidlər və mərcan polipləri.
42.Xarici görünüşünə görə mamıra oxşayan koloniyaları olan,planktonlarla qidalanan hidroid obeliyadır.
43.Meduzaların hiss orqanları,sadə gözcükləri və müvanizət orqanı-statosistaları var.
44.Hidroidlərdə qovuqcuqda əhəngdaşından əmələ gəlmiş kiçik daş statolit adlanır.
45.Hidroidlərdə mayalanmış yumurtahüceyrədən inkişaf edən iki hüceyrə qatından ibarət mikroskopik sürfə planula adlanır.
46.Sifoid meduzalarına misal olaraq,aureliyanı,ən iri qütb meduzası sianeanı və Aralıq dənizində yaşayan kökayağı göstərmək olar.Meduzaların bəzi növlərini:ropilema və qulaqlı meduzaları insanlar qida kimi istifadə edir.Ən iri sianeaların ölçüsü-diametri 2m-ə qədər,qollarının uzunluğu 20-30 m-ə qədərdir.
47.Mərcan poliplərinin bağırsaq boşluğunda olan radial arakəsmələr septa adlanır.(elə Mərcan polipləri hidroidlərdən bu septalarla bölünmüş kameralarının olması və əksər nümayəndələrində buynuz maddəsindən və ya əhəngdaşından ibarət çanağın olması ilə fərqlənirlər.Qırmızı polipdə daxili skelet,əksər poliplərdə isə kasacığa bənzəyən xarici skelet əhəngdaşındandır,dəniz lələyində isə skelet buynuz maddəsindəndir)
48.Skeleti olmayan mərcan poliplərinə aktiniyalar aiddir,onlar görünüşünə görə çiçəyə bənzəyirlər.
49.Mərcan polipləri isti dənizlərdə korall riflərini əmələ gətirir.
50.İlk dəfə üç rüşeym qatı yastı qurdlarda əmələ gəlib.(Mezodermanın yaranması ilə)
51.Yastı qurdlarda orqanlar arasında olan boşluqlar dayaq funksiyası vəzifəsini yerinə yetirən yumşaq toxuma ilə doludur ki,bu da parenxima adlanır.
52.Yastı qurdların sinir sistemi sinir hüceyrələri yığınından-baş sinir düyünü və ya qanqliyadan ibarətdir ki,onlardan iki uzun sinir sütunları çıxır,onların arasında isə çoxlu eninə sinir atmaları olur.Bu cür sinir sistemini çəpərvari və ya sütunvari sinir sistemi adlandırırlar.
53.Yastı qurdlar tipi bir neçə sinfə bölünür ki,onlardan da ən əhəmiyyətliləri bunlardır:kirpikli qurdlar və ya planarilər,sorucular və lentşəkilli qurdlar.
54.Ağ planarinin digər adı çoxgözlüklüdür.
55.Planarinin həzmi 2 cür olur:hüceyrədaxili və boşluqdaxili.
56.Planarilər üçün xas olan müdafiə reaksiyası avtotomiya(avtos-özü,tome-yazılmaq,kəsilmək)adlanır.
57.Təhlükə hiss etdikdə planarinin bir anda çoxlu hissələrə ayrıla bilməsinə fraqmentasiya deyilir.(Bədənin 1/279 hissəsi özünü bərpa edə bilir)
58.Kloaka ilk dəfə yastı qurdlarda(kirpikli qurdlar) əmələ gəlib.
59.Sorucuların ifrazat sistemində ümumi rezervuar-sidik kisəsi olur ki,o da ifrazat dəliyi vasitəsilə xaricə açılır.
60.Aralıq sahibinin bədənində sorucu qurdların sürfəsi kirpikli örtüyünü ataraq çoxalır,bu zaman sürfənin digər sormaclı nəsli formalaşır ki,bu da redillər adlanır.
61.Redilərin çoxalması nəticəsində sürfələrin yeni nəsli-quyruqlu iki sormaclı olan sürfələr əmələ gəlir ki,bunlar da serkarilər adlanır.
62.Qaraciyər sorucusunun insanda törətdiyi xəstəlik fassiolyoz adlanır.
63.Öküz soliterinin qarmaqcıqlardan təşkil olunmuş tacı olmadığından onu silahsız və ya tərksilah olunmuş soliter adlandırırlar.
64.Kütləsi 60 kq-a çatan və içərisi maye ilə dolu olan exinokokk qovuğu hidropos adlanır.
65.Öküz soliterinin sürfələrinin qaramalda törətdiyi xəstəlik finnoz,yetkin fərdinin insanın bağırsağında yaşayaraq törətdiyi xəstəlik teniarinxoz adlanır.
66.Ölçülərinə görə öküz soliterindən kiçik olan donuz soliterini silahlanmış soliter adlandırırlar.
67.Lentşəkilli qurdlardan ən təhlükəlisi exinokokkdur.
68.İnsan orqanizmində parazitlik edən ən iri lentşəkilli qurd enli lentcədir.
69.Monogeney sorucular və ya çoxsormaclılar heyvanların ektoparazitləridir-onlar balıqların qəlsəmələrində,burun boşluğunda,üzgəclərində,suda-quruda yaşayanların və reptililərin(sürünənlər) bir sıra orqanlarında,çox nadir halda isə sidik kisəsində parazitlik edir.
70.Balıqların qəlsəmələrində yaşayan parazitlər daktilogiruslar adlanır.
71.Bədənləri uzunsov olub,buğumlara bölünən və en kəsiyi dəyirmi olan heyvanların daxil olduğu tip sap qurdlar tipidir.
72.Sap qurdların dərisi möhkəm qabıqla örtülüdür ki,bu da kutikula adlanır.
73.Sap qurdlar tipinə 3 sinif daxildir:nematodlar,rotatorilər,qılqurdlar.
74.Nematodlar sinfi-sap qurdların ən çoxsaylı qrupudur.Bu qurdların bədən forması iynəşəkillidir.(insan askaridi,uşaq bizquyruğu,spiralvari trixinella)
75.Askaridin insanlarda törətdiyi xəstəlik askaridoz adlanır.
76.Uşaq bizquyruğu-1 sm uzunluğunda olan kiçik nematodlardır.Onlar insanın nazik və yoğun bağırsağında yaşayırlar.Dişilər öz yumurtalarını uşaqların anal dəliyinin ətrafına qoyur ki,bu da qaşınmaya səbəb olur.
77.Spiralvari trixinella,adətən,siçovulların,donuzların və insanların bədənində parazitlik edir.
78.Kapsulasının içərisində olan sürfəsi spiral şəklində burulan nematod spiralvari trixinelladır.(heyvanın adı da buradan götürülüb)
79.Trixinellanın törətdiyi xəstəliyə yoluxmuş insanlarda xəstəlik simptomları:yüksək temperatur,əzələlərdə ağrılar.(bu xəstəlik tez-tez ölümlə nəticələnir)
80.Şirin sularda sərbəst üzən,mikroskopik ölçülərə malik plankton orqanizmlər olan sap qurdların daxil olduğu sinif rotatorilər sinfi adlanır.
81.Bitkinin köklərində qallar-şişkinliklər əmələ gətirən parazit nematod qallı nematod adlanır.(ona qarşı mübarizədə nematosid preparatından istifadə olunur,Abşeronda da rast gəlinir)
82.Çaylarda nazik üzən sap qurdların daxil olduqları sinif qılqurdlar sinfi adlanır.(onlar nazik uzun tükə oxşayan,bağırsağı olmayan yetkin qurdlardır,bu qurdların sürfələri bəzi onurğasız heyvanlarda,məsələn,üzən böcəklərdə parazitlik edirlər)
83.Müasir təsəvvürlərə görə sap qurdların mənşəyi yastı qurdlardır.(mənşəyi təsəvvürlərə görə ibtidai çoxhüceyrəlilərdir)
84.Parazit qurdlarla mübarizə tədbiri 3 mərhələdən ibarətdir:
1)Parazitin inkişaf tsiklinin öyrənilməsi;2)Profilaktika-gigiyena qaydalarına əməl olunması;3)Müalicə-qurdqovucu dərmanların qəbulu və cərrahiyyə müdaxiləsi.
85.İlk dəfə ikinci bədən boşluğu(selom)nemertinlərdə əmələ gəlib.(selom mezoderma ilə örtülür)
86.Təkamül prosesində ilk dəfə qan-damar sistemi nemertinlər tipinin nümayəndələrində əmələ gəlib.
87.Həlqəvi qurdlar 3 sinfə bölünür:çoxqıllı qurdlar,azqıllı qurdlar,zəlilər.
88.Azqıllı qurdlar yalnız şirin sularda və torpaqda yaşayırlar.Bu qurdlar sinfinə 5000 növ daxildir.Azqıllı qurdların bədənlərinin hər buğumunda dayaq vəzifəsini yerinə yetirən qılcıqlar olur.
89.Tropik ölkələrdə yaşayan ən iri soxulcanların uzunluğu 3m-ə çatır.Yerli əhali onlardan qida kimi istifadə edir.
90.Soxulcanın bədəni baş pərindən,buğumlu gövdədən və anal pərindən ibarətdir.Gövdənin birinci buğumunda,baş pərinin arxasında,qarıncıq tərəfdə ağız,anal pərində isə anal dəlik yerləşir.
91.Soxulcanın dəri-əzələ kisəsi dəri hüceyrələri qatından,eləcə də uzununa və həlqəvi əzələ qatlarından ibarətdir.
92.Həzm sistemində çinədan ilk dəfə soxulcanda əmələ gəlib.
93.Qan-damar sistemində qırmızı piqment-hemoqlobin ilk dəfə soxulcanda əmələ gəlib.
94.Qan yalnız damarlarla axırsa,belə qan-damar sistemi qapalı qan-damar sistemi adlanır.(bel qan-damarı ilə qan önə axır,qarın ilə arxaya)
95.İri qan damarlarının şaxələnərək əmələ gətirdiyi nazik damarlar kapillyarlar adlanır.
96.Azqıllı qurdlarda bədənin ön hissəsində olan və qanın hərəkətini təmin edən həlqəvi damarlar “ürəklər” adlanır.
97.Sürfə əmələ gəlmədən gedən inkişaf düzünə inkişaf adlanır.
98.Çoxqıllı qurdlar sinfi həlqəvi qurdların ən çoxsaylı qrupudur.Buraya,adətən,dənizlərdə və çox nadir hallarda şirin sularda,eləcə də tropik meşələrdə yaşayan bir neçə min növ daxil edilir.Çoxqıllı qurdlar azqıllı qurdlardan,ilk növbədə bədənlərinin baş,gövdə,quyruq hissələrinə bölünməsi ilə fərqlənir.
99.Çoxqıllı qurdların çoxqıllı cüt ətrafları parapodilər adlanır.
100.Dəniz qurdunun digər adı nereisdir.(2 cüt gözü var)
Tarix: 08.12.2014 / 15:52 Müəllif: Aziza Baxılıb: 171 Bölmə: Biologiya