Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

BiologiyaHüceyrədəki kompleks quruluş və sistemlər

Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi. Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına "təsadüflər və təbii hadisələr" cavabını verməyin inandırıcı olduğunu hesab etmişdilər. Darvin ilk hüceyrənin "kiçik və ilıq su gölməçəsində" asanlıqla əmələ gəldiyini irəli sürmüşdü. Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia etmişdi. "Hekkel palçığı" (Bathybus Haeckelii) adlanan bu "canlanan palçıq" təkamül nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər bəsit hesab etdiklərinin bir ifadəsi idi.

Hüceyrənin quruluşuLakin canlıları ən kiçik təfərrüatına qədər tədqiq edən XX əsrin texnologiyası hüceyrənin Ardı »

BiologiyaBiologiya canlılar haqqında elmdir

Biologiya yunanca "bios"- həyat, "loqos" - elm deməkdir. Biologiya - Yer üzərində yaşayan canlılar haqqında elmdir. Planetimizdə yaşayan canlılar olduqca müxtəlifdir. Gözlə görünməyən ən xırda orqanizmlərdən başlamis bütün bitkilər, heyvanlar və insan calılara aiddir. Bütün canlı orqanizmlər bitkilərə, heyvanlara və onlar arasında keçid təşkil edən göbələklər, bakteriyalar və digər canlılar qrupuna bölünur. Heyvanlarla bitkilər arasında keçid təşkil edən canlılarda həm heyvanlara, həm də bitkilərə xas olan əlamətlər olur.
Bitkilər haqqında olan elm - botanika, biologiya elminin bir bölməsidir. Bu elmin adı yunanca "botane" sözündən götürülmüşdür KI, bu da "göyərti", "ot", "bitki" deməkdir.
Təbiət canlılardan və cansizlardan ibarətdir. Bitki və heyvanlar, həmçinin bakteriyalar, göbələklər Ardı »

BiologiyaAzərbaycan faunası

Azərbaycanın müasir onurğalı heyvanlar aləminə 6 sinfə aid 634 növ daxildir. Bunlardan dəyirmiağızlılar 1, balıqlar — 97, suda-quruda yaşayanlar — 10, sürünənlər — 52, quşlar — 367, məməlilər isə — 107 növlə təmsil olunur. Onurğasızların 14000 növünü həşəratlar təşkil edir.
Lakin son onillikdə insanların fəaliyyəti ilə əlaqədar olaraq bütün təbii komplekslərin çirkləndirilməsi ənənələri ekoloji tarazlığın pozulması və bir sıra amillərlə yanaşı, təbii landşaftların gündəngünə azalması heyvanlar aləmi tərkibinin say və növlərinin azalmasına səbəb olmuşdur. Bu ənənə nəinki saxlanılır, həm də gündən-günə artmaqda davam edir. Hal-hazırda kənd təsərrüfatı və tikinti işləri ilə əlaqədar tutulan torpaq sahələrinin genişləndirilməsi nəticəsində 14 növ məməli heyvan Ardı »

BiologiyaBitki kökləri

Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Kök, gövdə, yarpaq, çiçək, toxum və meyvə cicəkli bitkilərin örqanlarıdır.
Əsas tumurcuq və yarpaqdan məhrum olan bitki orqanına kök deyilir. Kök ali bitkilərin vegetativ orqnlarından biridir. Kökün vəzifəsi bitkini torpağa bərkitmək , onu şaquli vəziyyətdə saxlamaq, torpaqdan suyu və suda həll olmuş mineral duzları almaq, həmin maddələri bitkinin digər orqanlarına ötürmək və qidalı maddələri özündə toplamaqdan ibarətdir.

Kökün növləri
kök, əsas kök və əlavə köklərƏsas kök – rüşeym kökcüyündən inkişaf etmiş kökə deyilir.
Əlavə kök –kök xaric, bitkinin digər vegetativ orqanlarından( gövdə,yarpaq) inkişaf etmiş kökə deyilr.
Yan kök –sadəcə kökdən Ardı »

BiologiyaArılar haqqında bilmədiyimiz 15 maraqlı fakt

Dünyada 16,000-dən çox arı növü mövcuddur. Bunların çoxu sürü halında yaşamayan arılardır. Yalnız yüzdə beş arı növü qrup halıda yaşayır. Ən geniş yayılmış arı növü bal arısıdır.
80,000 qədər arı bir qovanda koloniya halında yaşaya bilir.
Erkək bal arıları yalnız kraliça arı ilə cütləşmək üçün yaşayır. Əgər qovanda yemək çatışmamazlığı varsa işçi arılar tərəfindən qovandan qovulurlar. Xortumları çiçəkdən nektar toplamaq üçün kifayyət qədər uzun olmayan bu arılar qidalana bilmədikləri üçün tələf olurlar.
Erkək bal arıları çoxalma zamanı gövdələrinin alt hissəsi zədələndiyi üçün ölərlər.
Kraliça bal arısı bir deyil bir neçə erkək bal arısı ilə çütləşər. Bir çox fərqli arıdan 70 milyon sperma yığana qədər bu Ardı »

BiologiyaSporlular tipi. Malyariya paraziti

Sporlular tipinin bütün nümayəndələri parazitdirlər. Əksər növlərdə qeyri-cinsi çoxalma, cinsi çoxalma və spor əmələgətirmə növbələşir. Çoxlu sayda nümayəndələri insanda və heyvanda ağır xəstəliklərin törədiciləridir. Parazit həyat tərzi ilə əlaqədar olaraq quruluş xüsusiyyətləri sadələşmişdir. Bu tip iki sinfi özündə birləşdirir: koksidikimilər və qreqarinlər.
Koksidikimilər sinfi. Bu sinfin nümayəndələri hüceyrədaxili parazitlərdir. Qeyri-cinsi çoxalması çoxlu sayda bölünmə (sizoqoniya) formasında baş verir. Sinfin tipik nümayəndəsi malyariya parazitidir. Bu parazitin cinsi çoxalması anofeles cinsindən olan dişi ağcaqanadın bədənində, qeyri-cinsi çoxalması isə insan orqanizmində baş verir. Malyariya paraziti ilə yoluxmuş ağcaqanad insanın qanını sorarkən parazitin sporozoiti insanın qanına düşür. Sporozoitlər (şəkil 12) qan dövranı ilə bədənə yayılır və Ardı »

BiologiyaHüceyrələr haqqında

Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. О da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir.
Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Canlılar adi gözlə görünməyən kiçik hüceyrələrdən təşkil olunmuşlar. Böyüdücü cihazların ixtirasından sonra onları öyrənmək mümkün olmuşdur. Hollandiyada optik cihaz ustaları ata və oğul Hans və Zaxariya Yansenlər tərəfindən 1590-cı ildə ilk mikroskop tipli cihaz quraşdırılmışdır. İtaliya alimi Q.Qaliley həmin mikroskopu bir qədər də təkmilləşdirdi. 1625-ci ildə Almaniyada Yohan Faber Ardı »

BiologiyaSüngərlər tipi. Şirin su süngəri

Bədənləri bir hüceyrədən ibarət olan ibtidai heyvanlardan fərqli olaraq qalan heyvanların bədəni çoxlu sayda hüceyrələrdən təşkil olunmuşdur. Çoxhüceyrəlilərin bədənini təşkil edən hüceyrələr quruluşu və funksiyasına görə ixtisaslaşmışdır. Onların bir qrupu həzmi, digər qrupu hərəkəti, üçüncü qrupu ifrazatı və s. yerinə yetirir. Çoxhüceyrəli heyvanların orqanizmdən ayrılmış bir hüceyrəsi müstəqil yaşaya bilməz.
Çoxhüceyrəli heyvanın yaşayışı bədəndə olan bütün hüceyrələr qrupunun birgə fəaliyyətindən asılıdır.
Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri süngərlərdir. Əsl çoxhüceyrəli heyvanlardan fərqli olaraq süngərlərin orqan və toxumaları yoxdur. Süngərlərin kisəvari və ya qədəhvari bədəni iki qatdan: xarici dermal (ektoderma) və daxili qatdan (ektoderma) ibarətdir. Bu qatlar arasında yerləşən struktursuz hissə mezoqley adlandırılır. Ardı »