Bitkinin ən mühüm orqanı yarpaqdır.Heç bir bitki orqanı, yarpaq qədər çox vəzifə daşımır.
Yarpaq, aya və saplaqdan ibarətdir. Yarpağın ayası müxtəlif bitkilərdə müxtəlif şəkildə olur. Yarpağın ikinci hissəsi olan saplaq, yarpaq ayasını zoğa birləşdirir. Saplaq yarpaq ayasını günəş şüalarına doğru yönəldir. Sapalaqsız yarpağa oturaq yarpaq deyilir.
Yarpaq ayaları bir-birindən formalarına və kənarlarına görə də fərqlənir.
Yarpağın fizioloji vəzifələri
Yarpaqda fizioloji prosesləri yerinə yetirən hüceyrələr
Yarpaqda fizoloji prosesləri yerinə yetirən orqanoidlər
Fotosintez
Ağızcıq hüceyrələri Süngər parexim ya sütunvari parexim hüceyrələri
Xloroplast
Tənəffüz
Yarpağın bütün toxuma hüceyrələri
Mitoxondri
Transpirasiya
Ağızcıq hüceyrələri
Quttasiya
Daha iri ağızcıq hüceyrələri (hidatod)
Yarpağın fizioloji vəzifələri
Proses zamanı sərf olunan maddələr
Proses zamanı əmələ gələn maddələr
Fotosintez
CO2 , H2O
CO2 , H2O
Tənəffüz
C6 H12O6 , O2
C6 H12O6 , O2
TranspirasiyaH2O (buxar halında)
Quttasiya
H2O (damcı halında)
Yarpaq ayasında gözə çarpan mühüm hissələrdən biri də yarpağın damarlarıdır. Damarlarla su və suda həll olmuş qida maddələri hərəkət edir. Bitkilərin yarpaqlarında damarlar paralel, qövsşəkilli və yaxud torvari olur. Yarpaqlarda damarlanmanın növləri də buna müvafiq olaraq adlandırılır. Birləpəli bitkilərdə (buğda, çovdar, arpa, qarğıdalı, soğan , zambaq və s.) yarpaqlar paralel damarlıdır. İnciçiçəyi və bağayarpağının yarpaqlarında damarlar qövsşəkilli, ikiləpəli bitkilərdə (alma , armud , palıd və s) isə torşəkillidir.
Kənarlarının kəsilmə dərinliyinə görə
Ayanın kəsilmə dərinliyi
Aid olduğu bitkilər
Dilimli
1/4-nəqədər
ağcaqayın, çinar, yemişan, üzüm
Bölümlü
Yarpağın qaidəsinə azca çatmırsa
turp
Yarılmış
orta damara qədər
zəncirotu
Quttasiya
Daha iri ağızcıq hüceyrələri (hidatod)
Sadə və mürəkkəb yarpaqlar.
Saplaq üzərində yalnız bir yarpaq ayası olarsa buna sadə yarpaq deyilir.
Məsələn, cökə,palıd, ağacaqayın və s. bitkilər sadə yarpaqlardır.
Saplaq üzərində iki və ya çox yarpaq ayası olarsa buna mürəkkəb yarpaq deyilir.
Məsələn, moruq,at şabalıdı , yonca çiyələk və s. bitkilərdə olduğu kimi .
Yarpaqların düzülüşü
Yarpaqların gövdədə müəyyən qaydada yerləşməsinə yarpaqların düzülüşü deyilir. Yarpaqlar gövdədə bir-birinin ardınca tək-tək (növbə ilə) yerləşirsə ,buna növbəli düzülüş deyilir.Məsələn, çovdar,buğda, tozağacı, alma, günəbaxan qızılgül və s. bitkilərdə yarpaqlar növbə ilə düzülmüşdür.
Əgər yarpaqlar gövdənin üzərində cüt-cüt,bir-birinin qarşısında yerləşirsə,buna qarşı-qaşıya düzülmüş deyilir.Məsələn ,yasəmən,sırğagülü, gicitkan və s. bitkilərdə yarpaqlar qarşılıqlı düzülmüşdür.
Əgər yarpaqlar gövdə üzərində bir buğumda üç və daha artıq yerləşirsə, buna topalı düzülüş deyilir.Məsələn elodeya və s . bitkilərdə yarpaqlar topa ilə düzülür.
Yarpaq hüceyrələrdən təşkil olunmuşdur.
Yarpaqdan hazırlanmış kəsiyə mikroskopla baxdıqda onun hüceyrələrini aydın görmək olar.
Yarpaq üst və alt tərəfdən örtücü toxuma dəricik ilə örtülmüşdür. Onun hüceyrələri sıx yerləşmiş rəngsiz , şəffaf və xarici divarı qalınlaşmışdır. Bu hüceyrələrin arasında ağızcıq hüceyrələri də yerləşir.
Yarpaqların çoxunda lət iki müxtəlif parenximə ayrılır: sütunvari parenxim və süngərvari parenxim.
Bundan başqa yarpaqda damarlar da vardır. Damarlar borucuqlardan , əlavə bənzər borulardan və liflərdən ibarətdir. Damarlar yarpağın ayrıca strukturudur.
Tarix: 08.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Biologiya