Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüceyrənin mitotik sikli

Hüceyrə bölünmə yolu ilə çoxalır. Təkamül prosesində əlamət və xassələrinnəslə ötürülməsində üç əsas mexanizm meydana gəlmişdir. I. Mitoz. II. Meyoz və III.Mayalanma Mitoz - yaxud hüceyrələrin qeyri müntəzəm bölünməsi (yunanca - mitoz- teldeməkdir). Bu fasiləsiz prosesdir, bunun nəticəsində əvvəlcə ikiləşmə, sonra isəyenidən əmələ gəlmiş iki hüceyrələr arasında, xromosomlarda olan irsi materialınbərabər bölünməsi baş verir. Onun bioloji əhəmiyyəti bundan ibarətdir. Nüvəninbölünməsi özlüyündə bütün hüceyrənin bölünməsi deməkdir. Bu proses sitogenezadlanır. (yunanca - sitoz - hüceyrə deməkdir). Mitoz zamanı hüceyrə beş faza keçirir. İnterfaza - hazırlıq mərhələsidir; profaza, metafaza, anafaza və telofaza.İnterfaza. İki mitoz arasında vəziyyət interfaza yaxud intergenez adlanır. Burdamitoza hazırlıq gedir. Hüceyrənin ikiyə bölünməsi arasında baş verən bütündəyişikliklər mitotik yaxud hüceyrə sikli adlanır. Mitoz təbii seçmə yolu ilə canlılarınqazandıqları elə bir mexanizmdir ki, hüceyrələr bunun sayəsində bir formadan başqaformaya keçirlər.Müxtəlif hüceyrələrdə mitotik sikillər müxtəlif ardıcıllığa malik olurlar.Bölünməyə sərf olunan vaxtın əsas hissəsi zamanı hüceyrə intergenez vəziyyətindəolur, mitoz nisbətən az müddətdə baş verir.

Hüceyrənin tərkib hissələri

Ümumiyyətlə mitotik sikildə mitoz I/25 -I/20 vaxt alır və əksər hüceyrələrdə 0.5-dən 2 saata qədər uzanır. İnterfazanın özü dəüç faza keçirir.I) G- genlərin fəaliyyətə başlamasıII) Faza - DNT- nin və xromosomun histon komponentinin sintezinin getməsiIII) G2 - fazası hüceyrənin mitozunu, daha doğrusu genetikasını təmin etməküçün lazım olan enerji materialının toplanması.Bu zaman DNT- sintezi qurtarır və elə bil ki, işıq mikroskopu ilə nüvənininterfaza dövründə baxdıqda onlar görünmürlər, yalnız burulma qovşağında xromatindənələrini seçmək mümkün olur. Elektron mikroskopu xromosomun hər hansı birhissəciyini 400000 dəfə böyütmək qabiliyyətinə malikdir.Profaza - (yunanca- pro-erkən, fazis - yaranma deməkdir). Bu, nüvəninbölünməsinin birinci fazasıdır. Həmin vaxt nüvənin daxilində nazik iki-qat tel şəklindəolan struktur elementləri meydana çıxırlar, bu da həmin bölünmə tipinə- mitoz adınıverməyə şərait yaratmışdır. Xromonemin spirallaşması nəticəsində xromosomlarprofazada sıxlaşır, qısalır və aydın görünür. Profazanın sonunda, həm bır xromosombir-biri ilə sıx birləşmiş iki xromatiddən ibarət olduğu üçün daha yaxşı görmək olur.Hər iki xromatidlər bir ümumi sahədə - sentromerlərlə birləşirlər və tədricən hüceyrəekvatoruna hərəkət etməyə başlayırlar. Profazanın ortalarında yaxud sonunda nüvəqabığı və nüvəciklər şişir, sentriollar ikiləşir və qütblərə çəkilirlər. Sitoplazmamaterialını almağa başlayır. O, iki teldən; dayaq və çəkən tellərdən ibarət olur. Dayaqtellər oxların əsasını təşkil edir, onlar hüceyrəni bir qütbündən digərinə çəkilirlər.

Hüceyrənin mitotik aparatı müxtəlif xarici şəraitin təsirinə çox həssasdır.Radiasiyalar, kimyəvi maddələr və yüksək temperaturanın təsiri ilə hüceyrə oxu dağılabilər, hüceyrənin bölünməsində mümkün olan qeyri bərabərlik baş verə bilər.Metafaza- (yunanca meta-sonra, fazis yaranma deməkdir). Metafazadaxromosomlar qüvvəli surətdə sıxlaşır və həmin növ üçün xarakterik olan müəyyənformaya düşürlər. Qız xromatidlər hər cütdə yaxşı görünən yarıqla ayrılmış olur.Xromosomların əksəriyyəti iki çiyinli şəklə düşürlər. Onların qatlanma yerinəsentromerləryapışırlar. Bütün xromosomlar nüvənin ekvatioral hamarlığında yerləşir,onlar azad şəkildə nüvənin mərkəzinə istiqamətlənir. Bu zaman xromosoları yaxşı müşahidə etmək olur. Hüceyrə nüvəsində çox aydın görünür. Metafaza başqa fazalaranisbətən çox qısa müddət ərzində başa çatır.Anafaza - ( yunanca- ana yuxarıda, fazis- yaranma deməkdir) Anafazadasentromerin bölünməsi ilə xromatid aralanmağa başlayır, bir- birinə əks olan qütblərdəayrı-ayrı xromosomlar təşkil edirlər. Bununla xromosomlar hüceyrənin mərkəzinəistiqamətlənmiş müxtəlif tellərə malik olurlar. Belə ki, hər cüt xromosomdan tamamiləeyni iki qız hüceyrələrində eyni sayda xromosom olacaqdır. O, başlanğıc atahüceyrənin diploid sayına bərabərdir. Sentromerin bölünməsi və müxtəlif cütlərəhərəkəti prosesində bütün yeni əmələ gəlmiş cüt xromosom sinxronluğu iləfərqlənirlər. Anafazanın sonunda xromosom telləri və qütblərə çəkilmiş xromosomlaro qədər də aydın görünmürlər. Hər hansı bir səbəbdən xromosomlar normal şəkildəqütblərə çəkilə bilmədikdə , qız hüceyrələrində xromosom sayının miqdarı pozulur vəbunun nəticəsində də bir sıra anormallıq baş verir.

Telefazada ( yunanca- telos-son; fazis- yaranma deməkdir). Xromosomtellərinin despiralizasiyası davam edir və xromosomlar tədricən profazada olduğuvəziyyətdə çox nazik və uzun olurlar. Hər qrup xromosom ətrafında nüvə qabığı əmələgəlir, nüvəcik formalaşır. Bu vaxt sitoplazmanın bölünməsi qurtarır və hüceyrə qabığımeydana çıxır. Hər iki yeni qız hüceyrələr interfaza dövrünə başlayır. Bütün mitozprosesi 1-2 saat müddətində keçir, onun müddəti hüceyrənin bölünməsi, yüksəktemperaturanın, müxtəlif narkotiklərin, yüksək dozada radiasiyanın və bütün zəhərlərintəsirindən ləngiyə bilər. Hüceyrənin mitotik (sikli) bölünməsi yüksək dərəcədədəqiqliyi və təkmilliyi ilə fərqlənirlər. Mitozun mexanizmi orqanizmlərin milyonillərdə təkamül inkişafı müddətində yaranmış və təkmilləşdirilmişdir.


Tarix: 08.12.2014 / 15:54 Müəllif: Aziza Baxılıb: 107 Bölmə: Biologiya
loading...