Çiçək şəklini dəyişmiş, böyüməsi məhdudlaşmış qısalmış zoğdur.
Çiçəkdən gələcəkdə meyvə və toxum əmələ gəldiyi üçün onu bitkinin çoxalma orqanı adlandırırıq.
Həm erkəkciklərin həm də dişicikləri olan çiçəklərə ikicinsli çiçəklər, yalnız erkəkciyi və ya dişiciyi olan çiçəklərə isə bircinsli çiçəklər deyilir. Əgər çiçəkdə yalnız erkəkciklər olarsa, buna erkək çiçək yalnız dişicik olarsa , buna dişi çiçək deyilir.
Eyni bitkidə həm erkək , həm də dişi çiçəklər olarsa, belə bitkilərə birevli bitkilər deyilir.
Məsələn, xiyar və qağıdalı gövdələrində dişi və erkək çiçəklər eyni bitkidə yerləşir. Deməli, bunlar birevli bitkilərdir. Çətənə ,qovaq və soyüddə isə erkək və dişi çiçəklər eyni bitkidə deyil, ayrı-ayrı bitkilərdə olur. Belə bitkilərə ikievli bitkilər deyilir.çiçək və onun quruluşu
Kasacıq və çiçək tacı birlikdə çiçək yanlığını əmələ gətirir. Kasacıq açılmamış çiçəyi (qönçəni) müdafiə edir. Çiçək tacı isə həşəratı cəlb etmək üçün bir uyğunlaşmadır. Çiçək saplağı və onun genişlənmiş hissəsi olan çiçək yatağı çiçəyin zoğu adlanır.
Çiçəyin əsas orqanları
DişicikErkəkcik
AğızcıqSütuncuqYumurtalıqSapTozluq
Yetişmiş tozcuğu erkəkcikdən dişiciyin ağzına düşməsinə tozlanma deyilir.
Tozlanma əsasən iki cür olur:
Ø öz-özünə tozlanma
Ø çarpaz tozlanma
Eyni çiçəkdəki tozcuğun həmin çiçəyin dişi-ciyinin ağızcığına düşməsinə öz-özünə tozlanma deyilir.
Bu cür tozlanma buğda,arpa ,noxud ,kətan, pomidor və başqa bitkilərdə olur. Bir çox bitkilərdə tozcuq külək yaxud həşaratla bir bitkidən başqasına aparılır.
Tozcuğun bir çiçəyin erkəkciyindən digər çiçəkdəki dişiciyin ağzına düşməsinə çarpaz tozlanma deyilir. Bu cür tozlanma çovdar, qarabaşaq , yonca ,yerkökü, çiyələk, moruq, albalı, alma və s. bitkilərdə gedir. Tozlanma nəticəsində tozcuqlar dişiciyin ağızcığına düşür.
tozlanma prosesi
Ağızcıqda olan qabarcıqlar (albalıda) və ya tükcüklər (çovdarda), tozcuqları tutub saxlayır.Tozcuq ağızcığın ifraz etdiyi mayedə cücərir və tozcuq borucuğu əmələ gətirir. Borucuq böyüməkdə davam edir, sütuncuğun içərisinə doğru uzanır və yumurtalığa çatır.Tozcuq borucuğu yumurtalığa çatan zaman onun ucunda iki ədəd kiçik hüceyrə olur. Bunlara spermilər deyilir. Yumurtalıqda da (rüşeym kisəsində) mayalanmada içtirak edan iki hüceyrə vardır. Bunlardan biri (yumurta hüceyrəsi ) tozcuq girəcəyinin qarşısında, digər isə mərkəzdə yerləşir. Spermilərdən biri yumurta hüceyrəsinin nüvəsi ilə, digər isə mərkəzi hüceyrənin nüvəsi ilə qovuşur, beləliklə mayalanma baş verir . Bitkilərdə bu cür mayalanma ikiqat mayalanma adlanır. Bu proses, yəni iki spermidən birinin yumurta hüceyrəsilə , digərinin mərkəzi hüceyrə ilə mayalanması prosesi ilk dəfə 1898-ci ildə rus alimi S.Q.Navaşin tərəfindən müəyyən edilmişdir.
Mayalanmadan sonra çiçək solub, quruyub tökülür və mayalanmış yumurta hüceyrəsindən ziqot(rüşeym), mayalanmış mərkəzi hüceyrədən rüşeymin qidasını təşkil edən endosperm, yumurtalığın divarından isə meyvə əmələ gəlir.
Meyvə bitkinin toxumunu qurumaqdan, soyuqdan və digər əlverişli olmayan şəraitdən qoruyur.
Meyvələr iki hissədən ibarət olur: toxumlardan və meyvəyanlığından.Toxum yumurtacıqdan əmələ gəldiyi kimi , meyvəyanlığı da yumurtalığın xarici divarından inkişaf edir.
Sadə meyvələr
Quru meyvələr
Şirəli meyvələr
Açılmayan birtoxumlu
Açılan çoxtoxumlu
Çəyirdəkli
Giləmeyvəli
buğda
obyal
ərik
feyxoa
fındıq
soya
şaftalı
badımcan
şabalıd
bat-bat
alça
üzüm
fısdıq
tütün
gilas
qarağat
günəbaxan
pambıq
albalı
pomidor
qarğıdalı
zanbaq
göyəm
bibər
Meyvələr sxemdə verildiyi kimi yumurtalıq və yumurtacığın inkişafı xüsusiyyətlərinə görə sinifləndirilir.Toxum yumurtacıqdan əmələ gəlir.Toxumun rüşeymi ikiqat mayalanma getdikdən sonra mayalanmış yumurta hüceyrədən inkişaf edir. Mayalanmış rüşeym kisəsinin mərkəz nüvəsi toxumun endosperminə başlanğıc verir. Çiçəkli bitkilərin cinsi çoxalması toxum vasitəsilə olur. Örtülü toxumlu bitkilərdə toxumlar bir və ya ikiləpəli olurlar, elə bu xüsusiyətinə görə bütün çiçəkli bit kilər iki böyük sinfə bölünür: birləpəli və ikiləpəlilər.
Birləpəlilərin toxumunda ehtiyat qida maddələri bir qayda olaraq endospermdə, ikiləpəlilərin əksəriyyətində ləpələrdə, bəzilərində isə rüşeymin digər hissələrində və ya endospermdə toplanır.Toxum cücərərkən toplanmış ehtiyat qida maddələri bu cücərtinin qidalanmasına sərf olunur.
Tarix: 08.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Biologiya