Hüceyrə və onun struktur elementləri orqanizmlərin çoxalmasının maddi əsasınıtəşkil edir. Buna görə də həyatın mabədi təmin edilmiş olur. Çoxalma - hər hansı növ bitkinin və heyvanın vacib yaşayış şəraitidir. Orqanizmlər iki əsas çoxalma tipinə mənsubdur. Qeyri - cinsi və cinsi çoxalma.
Qeyri cinsi çoxalma zamanı bir valideyn fərdindən spor əmələ gətirmə vəvegetativ yolla nəsil əmələ gətirməyi başa düşülür. Birinci halda yeni orqanizm birhüceyrəlidən yaranma ilə - sporlarla inkişaf edir. Bu qayda ilə göbələklər, ayı döşəyikimilər və s. çoxalırlar.
Vegetativ yolla çoxalma zamanı yeni bitkilər ata fərddən ayrılmış bədənhissəsindən, kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlirlər. Çoxillik otlar - kökləri ilə, kartof - yumruları ilə, çiyələk bığcıqları ilə çoxalırlar.Bundan başqa bəzi bitkilər qələmlər, gözcüklər və yarpaqlarla da çoxala bilirlər.
Cinsi çoxalma - nəsildən - nəslə növbələşən cinsi qametlərin birləşərəkziqotalar əmələ gətirməsi və bu yolla da orqanizmlərin çoxaldılmasına deyilir. Cinsi çoxalma zamanı yeni nəsil iki valideyn fərdindən əmələ gəlir. Bunlardanhər birincisi hüceyrə qametləri əmələ gətirirlər. İki cinsli çiçəklərə malik olan öz -özünü tozlayan bitkilərdə də cinsi çoxalma zamanı bir fərd iştirak edir. Cinsi çoxalmanın xüsusi forması partenogenez hesab edilir, bu zaman yeniorqanizm mayalanmadan inkişaf etmiş cinsi hüceyrələrdən formalaşmış olurlar. Bitkilərdə bu hal apomiksis adlanır.
PartenogenezPartenogenez - spermatozoidin iştirakı olmadan mayalanmamış yumurtahüceyrəsindən rüşeymin inkişaf etdirilməsinə deyilir.Bir çox bitkilər vegetativ orqanları və toxumları ilə, yəni həm cinsi, həm dəqeyri-cinsi yolla çoxalırlar. Partenogenez həm təbii həm də süni olur. Təbiipartenogenezdə yumurta hüceyrəsi daxili və xarici amillərin təsirindən bölünür vəspermatozoidin, yaxud toz hüceyrəsinin iştirakı olmadan rüşeym inkişaf edir. Süni partenogenez eksperimental yolu ilə alınan partenogenezdir. İlk dəfə A.A.Tixomirov 1855 - ci ildə tut ipəkqurdunun yumurtalarında süni partenogenez əldəetmişdir. Son zamanlar alimlər süni partenogenez almaq işi ilə daha geniş məşğulolurlar.Belə ki, çiçəklərə müxtəlif öldürülmüş tozcuqlar və ya talk, tabaşir tozutökməklə süni olaraq bitkilərdə də ata xəttini yarada bilirlər. Bundan başqapartenogenez somatik və ya diploid , generativ və ya haploid olmaqla iki cür olur.
Somatikdə - yumurtada reduksiya getmir və ya getsə də iki haploid nüvəbirləşərək yenidən diploid orqanizm əmələ gətirir. Generativ partenogenez də rüşeymhaploid yumurtadan inkişaf edir. Heyvanlarda (arıda, gənədə və s.) bu cür haploidyumurtalardan erkək fərdlər əmələ gəlmişdir.
Androgenez - yumurta hüceyrəsinin iştirakı olmadan bir neçə spermatoizidinbirləşərək rüşeymi inkişaf etdirməsinə Androgenez və ya kişi çoxalması deyilir.Bu hadisə partenogenezin bir növüdür. Bu zaman yumurtanın nüvəsi bu və yabaşqa bir səbəbdən məhv olur. Erkək cinsiyyət hüceyrəsi yumurtalığa daxil olubyumurtanın nüvəsi ilə mayalanır. Yumurtanın nüvəsi bu və ya başqa səbəbdən məhvolur. İnkişaf yumurtanın sitoplazmasına daxil olan spermatozoidin nüvəsindənbaşlayır.
Ginogenez - Androgenezin əksinə olaraq rüşeymin inkişafı mayalanmışyumurtadan başlayır. Buna yalançı mayalanma psevdoqamiya deyilir. Belə çoxalmayahermofrodit yumru qurdlarda, diri bala doğan balıqlarda, gümüşü daban balıqlarda rastgəlinir, Ginogenezdə təbii və süni ola bilər.
Apomiksis - Bitkilərdə qeyri - cinsi çoxalmanın bir növü də apomiksisdir. Bunabəzən qız çoxalmasıda deyilir. Apomiksis iki cür olur. Müntəzəm və qeyri - müntəzəmapomiksis. Qeyri müntəzəm apomiksisdə normal meqasporogenez baş verir və normaldiplod xromosom sayına malik rüşeym kisəsi əmələ gəlir. Belə hallarda rüşeymsperma ilə mayalanmışdır. Haploid yumurtadan və ya rüşeym kisəsinin başqa haploidhüceyrələrin inkişafı sahəsində əmələ gəlir. Müntəzəm apomiksisdə rüşeymin inkişafı meyoz keçirilmiş və reduksiyayauğramış arxeospor hüceyrəsindən başlanır. Rüşeym kisəsinin bütün nüvələri vəyumurta hüceyrəsinin nüvəsi sperma ilə mayalanmadan, yəni diploid qametdə inkişafedir. Bir çox ali bitkilərdə süni yolla apomiksis almaq olur, belə ki, bəzi kimyəvimaddələrin yad tozcuqlarının təsiri ilə dişiciyi qıcıqlandırmaqla süni apomiksis alınabilər.
Tarix: 08.12.2014 / 16:07 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Biologiya