Nüvə hüceyrənin əsas hissəsi olub irsiyyətdə çox mühüm rol oynayır. 1831-ciildə Robert Braun tərəfindən öyrənilmişdir. Nüvə çox zaman yumru və ya ellipsvarıformada olub, özünün membranı ilə sitoplazmadan ayrılır. Adi işıq mikroskopundanüvə hüceyrə bölünmədiyi dövrdə eyni cinsli bir kütlə kimi görünür. Hətta onuniçərisində bir və ya bir neçə yumru cisimciklər-nüvəciklərdə müşahidə olunur.Nüvənin daxili boşluğunda olan şirəyə karioplazma deyilir. Nüvənin kimyəvitərkibi əsasən zülallardan 70-90% DNT və RNT-dən ibarətdir. Nüvəcikdə az miqdarDNT, lakin çoxlu miqdarda RNT və zülal vardır. Nüvəcikdə ribosom RNT-si sintezivə ribosomların formalaşması baş verir.
Hüceyrədə nüvə və nüvəciyin görünüşü
Ribosomlar endoplozmatik şəbəkənin üstmembranında sintez olunur. İki xırda zülal elementinin yəni subvahidciklərin birləşməsinə bir ribosomdeyilir.İki ribosom birləşməsinə bir dimer deyilir. 5-dən 70-ə kimi ribosombirləşməsinə poliribosom deyilir. İrsiyyət üçün ən vacib hesab edilən zülal sinteziribosomlarda həyata keçirilir.Nüvənin tərkibində genetikləri çox maraqlandıran hissə xromosomlardır.Xromosomların forması, davranışı, hüceyrənin mürəkkəb bölünməsi mitoz prosesindəöyrənilir.
Tarix: 08.12.2014 / 15:55 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Biologiya