Bəzi bitkilər həşəratları özlərinə çəkmək üçün nektarları olmadığı halda, nektarları olan çiçəklərin rəngində olurlar. Aralıq dənizi iqlimində olan meşələrdə bir yerdə bitən bənövşəyi zəngçiçəyi ilə orxideya növü olan qırmızı sefalanda bitkisi buna gözəl nümunədir.
Bənövşəyi zəngçiçəkləri arılar üçün cəzbedici nektar ifraz edir, qırmızı sefalanda isə bu xüsusiyyətə sahib deyil. Hər baxımdan bir-birindən fərqli olan iki bitkini yarpaq kəsən çöl arıları dölləndirirlər. Yarpaq kəsən arılar zəngçiçəyini dölləndirərkən, qırmızı sefalandanın da döllənməyə ehtiyacı olduğunu bilirlər. Nektarı olmayan bitkini dölləndirən arılar elm adamlarını maraqlandırmış və onlar bunun səbəbini araşdırmışlar.
Bu sualın cavabı spektrofotometr adlandırılan bir alətlə aparılan araşdırma nəticəsində ortaya çıxmışdır. Məlum olmuşdur ki, çiçəklərin yaydığı ətrin dalğa uzunluğunu yarpaq kəsən arılar seçə bilmirlər. Çiçək tozu yayıcıları üçün rəng amili əhəmiyyətli olduğundan nektar ifraz edən zəngçiçəyinə gedən arılar onun yanında olan və eyni rəngdə gördüyü, ancaq nektarı olmayan qırmızı sefalanda orxideyasını da dölləndirirlər. Bu orxideya Rəbbimizin bir lütfü olaraq zəngçiçəyi ilə olan bənzərliyi sayəsində nəslini davam etdirir.
Tarix: 08.12.2014 / 16:15 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Biologiya