Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gor Nece Guclusen...

Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.

Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Bextiyar Vahabzadə
loading...