Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Oluram Men

Yaxşı ki, ayrıyıq, yaxşı ki bizdən
Çırpınti, sarsıntı əl üzmür yenə.
Həyatı öyrəndik həsrətimizdən,
Odur ki, həmişə möhtacam sənə


Rəngi bir, dadı bir toyun büsatın.
Həsrət min rəng çəkir gözlərimizə
Yaxşı ki ayrıyıq, bu dərd həyatın
Dərin qatlarını öyrədər bizə.


Yanımda olanda uzaqdasan sən
Mən səni görmürəm olduğun kimi.
Səndən ayrıldımmı, hər yerdə sənsən
Mən göre bilmirəm Vallah heç kimi!


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Bextiyar Vahabzadə
loading...