Molla bazarda bir dəstə adama rast gəlir.
Molla bazarda bir dəstə adama rast gəlir. Baxır ki, ortalıga yağ-bal
qoyub, çox iştaha ilə yeyirlər. Yaxınlaşıb deyir:
– Salam əleyküm, ay paxıl görməmişlər!..
Adamlardan biri deyir:
– Molla, bu nə sözdü? Biz paxıl deyilik. Çox səxavətli, çox da
gözü-könlü tox adamlarıq.
Molla tez yağ-balı öz qabağına çəkib, başlayır yeməyə ki:
– Görürsən, ay Allah, mən nə böyük səhv eyləmişəm? Bunlar, doğrudan
da, səxavətli adamlar imişlər. Keç mənim günahımdan.
Tarix: 02.06.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Azeri Letifeler
loading...