Mollanın çox yekə bir əmmaməsi var imiş.
						Mollanın çox yekə bir əmmaməsi var imiş. Bir gün arvadı Mollanın
 əmmaməsini açıb yuyur, qurudur, verir Mollaya ki, yenə sarıyıb
 düzəltsin. Molla ha sarıyır, ancaq əmmamə uzun olduğundan qurtarmır.
 Axırda təngə gəlib əmmaməni birbaş gətirir bazara, verir bir
 dəllala ki,satsın. Dəllal bazarda əmmaməni bir az o yan, bu yana gəzdirib
 axırda bir müştəri tapır. Molla baxır ki, müştəri, deyəsən,
 əmmaməni dəllaldan almaq istəyir. Müştəriyə yazıüı gəlir, ağzını
 onun qulağına yapışdırıb xəlvəti deyir:
 – Qardaş, aldanıb alma! Çox zəhlə tökən əmmamədi, sarıdıqca
 qurtarmır.
Tarix: 01.06.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Azeri Letifeler
loading...