Molla bir gün bir naşı dəlləyin əlinə düşür.
						Molla bir gün bir naşı dəlləyin əlinə düşür. Dəllək ülgüclə onun
 başını bir neçə yerdən kəsib yerinə pambıq yapışdırır. Mollanın gözü
 birdən aynaya sataşır, elə ki, başındakı pambıqları görür, dik qalxıb
 əmmaməsini qoyur başına, düzəlir yola. Dəllək deyir:
 – Molla, hara belə? Hələ başının yarısı qalıb.
 Molla deyir:
 – Elə hamısına pambıq əkmək olmaz ki?.. Yarısına da özüm yun
 əkəcəyəm.
Tarix: 01.06.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Azeri Letifeler
loading...