Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla başqa bir kənddə olan tanışlarından birinin evinə qonaq gedir.

Molla başqa bir kənddə olan tanışlarından birinin evinə qonaq gedir.
Bir az gec olduğu üçün qonaq gələcəyindən xəbəri olmayan ev sahibi,
axşam xörəyini yeyib, çay içirmiş. Mollanın belə gec gəlməyindən
tox olduğunu zənn eləyib, ona bollu çay verir. Tünd, acı çay Mollanın
ürəyini bir az da oyur.
Bəli, gecə yatmaq vaxtı gəlir. Mollaya yaxşı bir ipək yorğan-döşək
salırlar. Molla baxır ki, balam, ev sahibi heç yemək haqqında danışmır.
O da utanıb bir söz demir.
Yorğan-döşək salınıb qurtarandan sonra, Molla yavaşca soyunub
girir yerinə. Ev sahibi Mollanı rahatlayandan sonra özü də yatmaq
üçün o biri otağa getmək istəyir. Mollaya bir də baxıb deyir:
– Molla, yerin narahat olmadı ki?.. Döşəyin, yastıüın yumşaqdımı?
– Yumşaq olmağına yumşaqdı, ancaq rahat deyil. Deyəsən, heç
mən burada yuxulaya bilməyəcəyəm.
Ev sahibi təşvişə düşüb soruşur:
– Niyə?
Molla gülə-gülə deyir:
– Çünki mən yoxsul adamam. Belə ipək yorğan-döşəkdə yatmağa
adət etməmişəm. Sizdə də ki, deyəsən heç bizim yorğan-döşəklərdən
yoxdu. Elə xahiş eləyirəm mümkündüsə, mənə bir az çörək verəsən,
kəsib bir parçasını yastıq əvəzinə başımın altına qoyum, bir parçasını
da yorğan əvəzinə üstümə çəkim ki, bəlkə yuxuya gedə biləm.


Tarix: 01.06.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Azeri Letifeler
loading...