Gecələrin birində Molla Nəsrəddin
Gecələrin birində Molla Nəsrəddin baxır ki, qonşusu evlərinin dalındakı
təpədə əlində çıraq gəzir. Molla həyətə çıxıb səsləyir ki:
– Ay filankəs, gecənin bu vaxtında əlində çıraq orada nə gəzirsən?
Qonşusu deyir:
– Arvad çaxmaq daşımı itirib, qalmışam papirossuz. Çaxmaq daşı
axtarıram ki, çalam, papirosumu yandıram.
Molla Nəsrəddin deyir:
– Bəs əlindəki çıraqdan papirosunu yandıra bilmirsən?
Qonşu elə bil yuxudan ayılır. Deyir:
– Molla, bu mənim heç ağlıma gəlmirdi.
Molla deyir:
– Elə ağlımız o qədərdi ki, əlimizdə çıraq təpələrdən çaxmaq daşı
axtarırıq da.
Tarix: 01.06.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Azeri Letifeler
loading...