Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla qonşu kəndlərdən birinə gedirmiş.

Molla qonşu kəndlərdən birinə gedirmiş. Yolda bir çaydan keçməli
olur. Çayın qırağında soyunmaq istəyəndə bir də baxır ki, budu, on
nəfər kor gəlir. Korlar Molladan xahiş eləyirlər ki, onları da çayın o
tərəfinə keçirsin. Molla hər kordan bir şahı almaq şərtilə razılıq verir.
Korlardan doqquzunu keçirir, onuncusunu keçirəndə çayın ortasında
su koru bunun əlindən alıb aparır. İşi başa düşən korlar çıgır-bağır salırlar.
Molla işi belə görüb deyir:
– Niyə çıgır-bağır eləyirsiniz? Bir şahı əskik verərsiniz də...


Tarix: 02.06.2013 / 17:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Azeri Letifeler
loading...