Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günlərin birində Molla küçəyə çıxıb görür ki

Günlərin birində Molla küçəyə çıxıb görür ki, evlərinin qabağındakı
meydanda bir dəstə adam yıgışıb, yaman mübahisə eləyirlər.
Adamlardan biri Mollanı görcək deyir:
– Dayanın. Nahaq yerə özünüzü yormayın. Heç biriniz bilməzsiniz.
Gəlin Molladan soruşaq, o bilər.
Molladan soruşur:
– Molla, sən bir alim adamsan. De görək, bu dünyanın eni nə qədərdi,
uzunu nə qədər?
Bu zaman təsadüfən küçə ilə bir cənazə aparırdılar. Molla cənazəni
göstərib deyir:
– Bu sualı ondan soruşun. O, dünyanın enini də, uzununu da ölçüb
gedir.


Tarix: 02.06.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Azeri Letifeler
loading...