Molla bir gün axşamüstü evdə arvadından soruşur:
						Molla bir gün axşamüstü evdə arvadından soruşur:
 – Arvad, yeməyə nəyin var?
 Arvad: "Heç nə. Yavan çörəkdir" – deyib, Mollanın qabağına bir
 az yavan çörək qoyur. Molla bir ah çəkib deyir:
 – Ax, indi bir qazan şorba olaydı, nə içərdim... Bu halda qapı açılır,
 qonşunun uşağı əlində bir qab girir içəri ki:
 – Atam azarlıdır, deyir şorbalarından bir qab da mənə versinlər.
 Molla əlini dizinə vurub deyir:
 – Pah atonnan... Adamlar nə yaman həssas olurlar ey... Zalım uşaqları
 fikirdən də iy çəkirlər.
Tarix: 01.06.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Azeri Letifeler
loading...