Günlərin birində Mollanın evinə bir qonaq gəlir.
Günlərin birində Mollanın evinə bir qonaq gəlir. Gecə yeyibiçəndən
sonra yatmaq üçün yerləri salanda, qonaq evin tavanından
asılan üzümlərə baxıb deyir:
– Bizim ellər, bizim ellər.
Yatanda üzüm yeyərlər.
Molla qonağın fikrindən keçəni duyub yorğanı düzəldə-düzəldə
şikəstə ilə oxuyur:
– Bizdə elə adət yoxdur,
Saxlayıb gündüz yeyərlər.
Tarix: 02.06.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Azeri Letifeler
loading...