Bir gün öz yerini bilməyən
Bir gün öz yerini bilməyən, böyük-kiçik tanımayan, yetənə yetib,
yetmədiyinə daş atan bir nəfəri Molla çox məzəmmət eləyir. Amma
hər nə deyirsə, heç biri kar salmır:
– Nə eləyim? Mənim xəmrəm belə yoğrulub.
Molla deyir:
– Məsələ xəmrənin yoğrulmağında deyil, ayaqlanmağındadır. Səni
yoğuranda yaxşı ayaqlamayıblar. Ona görə də belə çıxıbsan.
Tarix: 01.06.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Azeri Letifeler
loading...