Molla bir gün özünə bir təzə əba alır. Çiyninə salıb çıxır bazara.
Bir nəfər tanış rast gəlib soruşur:
– Molla əmi, əbanı neçiyə alıbsan?
Molla deyir:
– On manata.
– İki-üç addım getməmiş ikinci bir adam qabağına çıxıb, əbanı
görcək soruşur:
– Molla əmi, əbanı neçiyə alıbsan?
Molla buna da deyir:
– On manata.
Di üçüncü, dördüncü, beşinci... Mollanı lap boğaza yıüırlar. Axırı
kişi təngə gəlib qayıdır evə, soyunur, tir-tab uzanıb özünü vurur ölülüyə.
Arvad haray-dad salır ki, Molla ölüb. Eşidən, bilən yıüışır Mollanın
evinin qabağına. Elə ki bütün camaat yıüışır, Molla yerindən qalxıb
dırmaşır dama, bütün gücünü yıüıb, uca səslə qışqırır:
– Ay camaat, eşidin, bilin, əbanı on manata almışam ey... On manata!
Tarix: 02.06.2013 / 17:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Azeri Letifeler