Mollanın ərdə iki qızı var imiş. Bir gün bu fikrə gəlir ki, gedib hər
ikisinin keyfini soruşsun. Durub qabaqca gəlir böyük qızının yanına.
Bir az ordan-burdan söhbət eləyəndən sonra qız deyir:
– Kürəkənin bu il buğda əkib. Mənə də söz verib ki, əgər yaxşı
yağış yağıb, bol məhsul olsa, mənə bir dəst ipək paltar alsın.
Molla yağışın yağması üçün bir az dua eləyir. Sonra durub kiçik
qızının yanına gedir. Burada da bir qədər söhbətdən sonra kiçik qız deyir:
– Kürəkənin çoxlu pambıq əkib. Bu saat hamısı güldü. Deyir əyər
yağış yağıb pambıüı xarab eləməsə, mənə bir dəst paltar alacaq.
Molla burada da yağışın yağmaması üçün dua eləyir, sonra durub
gedəndə deyir:
– Bala, dünyanın işi belədi. Bacının birinə yağış lazım olur, birinə
quraqlıq. Atanın da əlindən o gəlir ki, hər ikisi üçün dua eləsin.
Tarix: 01.06.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Azeri Letifeler