Həyatı
Bahadur Vəlibəyov 1894-cü il də Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur. Bahadur bəy özünün bəy nəslindən olmasına baxmayaraq kəndlilərə və aşağı təbəqədən olan insanlara xüsusi rəğbət bəsləmişdir. 1912 ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakultəsinə daxil olmuş və burada da inqilabi fəaliyyətə başlamışdır. 1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən xaric edilmiş, sonradan sosial-demokrat partiyasının 3-cü dumasınin tələbinə əsasən hüquq fakultəsinə bərpa olunmuşdu.
1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov.İKP) sıralarında olmuş, Oktyabr inqilabından sonra Minsk quberniyasının milis kommissarı, Minsk Vilayət Soveti İcrayyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin kommissarı işləmişdir. Bahadır bəy Tambov quberniyasında qolçomaq qiyamçılara qarşı vuruşmuş, 1919-cu ildə RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığı ilə Batum, Gəncə, və Qarabağda partiya işi aparmışdır. 1920-37-ci illərdə AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Kommissarının müavini, Ədliyyə komisarı,Naxçıvan MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini olmuşdur.
21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə xəyanətdə günahlandırılaraq Azərbaycan SSR Xalq Daxili İşlər Kommissarının müavini, Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi DT baş leytinantı Qriqoryanın imzaladığı qərarla həbs olunmuşdur. B. Vəlibəyovun həbs olunmasına səbəb Azərbaycan XDİK DTN-nin 4-cü şöbəsinin arayışı idi. Arayıda göstərilmişdir ki, Vəlibəyovun Azərbaycanın milli əksinqilabi təşkilata aid olması bu təşkilatın fəal iştirakçısı Böyükağa Talıblının izahatı ilə təsdiq edilmişdir. Bahadır Vəlibəyov istintaq müddətində 4 dəfə dindirilmiş, 3 nəfərlə üzləşdirilmişdir.(Talıblı, Səfərov, Bünyadzadə), 8 dekabr 1938-ci ildə istintaq başa çatması elan olunarkən o, yenədə təkidlə bildirmişdir ki, özünü günahkar hesab etmir. Belə olan halda Vəlibəyovun işi 25 dekabr 1938-ci ildə sona şatmış, Atakişiyev və Markaryan tərəfindən imzalanmış ittihamla və Azərbaycan SSR prakrorunun müavini Seliverstovun qərarı ilə SSRİ XDİK-nın nəzdindəki xüsusi müşavirəyə göndərilmişdir. 21 iyun 1939-cu ildə SSRİ XDİK xüsusi müşavirəsi Vəlibəyovun işinə baxıb qərara almışdır: "B. Vəlibəyovun işi müzakirədən çıxarilsın və əlavə istintaqa verilsin. Məhbus Vəlibəyov SSRİ XDİK istintaq hissəsinin sərəncamına göndərilsin". 16 fevral 1940-cı ildə SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının qapalı iclasında Vəlibəyov ən ağır cəzaya-ölüm hökmünə məhkum edilmiş və hökm dərhal icra edilmişdir.
Tarix: 13.01.2015 / 17:46 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr