Sərab xanlığı – Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq. (XVIII yüzilin 40-cı illəri – XIX yüzilin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Təbriz, Marağa xanlıqları və İranla hüdudlanırdı. Mərkəzi Sərab şəhəri.
Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tərəfındən qoyulmuşdur. Nadir şahm ölümündən sonra paytaxtdakı qarışıqlıqdan istifadə edən Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, Məhəmmədhəsən xan Qacarla mübarizədə öz müstəqilliyini qoruyub saxlasa da, Kərim xanın nominal hakimiyyətini qəbul etməyə məcbur olmuşdu.
Əli xanın ölümündən sonra hakimiyyətə Sadıq xan Şəqaqi gəlsi. Sadıq xanın hakimiyyəti dövründə Sərab xanlığı yenidən müstəqilliyə nail olmuş, öz sərhədlərini genişləndirməyə cəhd göstənnişdi.
Sadıq xan xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı.
Tarix: 13.01.2015 / 01:53 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycan xanlıqları