Хaliqov Əbdül Suleyman oğlu (24 yanvar 1915 — 30 iyul 1996) — SSRİ DTK-nın fəxri əməkdaşı, general-mayor (1974). 1970-1985-ci illərdə Azərbaycan SSR DTK-nın sədr müavini.
Həyatı
Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir.
1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943-1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir.
1953-cü ildə Kirov adına ADU-nun hüquq fakultəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir.
1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
1985-ci ildə təqaüdə çıxmış və ittifaq əhəmiyyətli fərdi pensiyaçı olmuş, xidmət etdiyi dövrdə Lelin ordeni və 2 Qızıl Ulduz medalı ilə təltif edilmişdir. Bununla yanaşı, SSRİ DTK-nın "fəxri əməkdaşı" (1964) və Azərbaycan SSR-in "əməkdar hüquqşünası" (1980) fəxri adları verilmişdir.
Əbdül Xalıqov 1996-cı ilin iyul ayının 30-da Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.
Tarix: 06.07.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 115 Bölmə: Azərbaycan coğrafiyası