Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlal Abdullayev

Fəaliyyəti

Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının ədəbi-tənqidi axtarışları xalq ədəbiyyatının ilk qaynaqlarından tutmuş çağdaş ədəbiyyatın nəzəri problemlərinə qədər bir çox mühüm problemləri əhatə edib.

Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunub. Cəlal Abdullayevin elmi axtarışlarının əsas istiqaməti poeziya ilə bağlı olub. Tədqiqatçının poeziyaya həsr olunmuş məqalələrinin bir qismi "Lirika və zaman" (1982) adlı məqalələr toplusuna daxil edilib.

Səməd Vurğun aşiqi olan professor 1962-ci ildə "Səməd Vurğun və folklor" mövzusunda namizədlik işi, 1974-cü ildə isə "Səməd Vurğunun sənətkarlığı" adlı doktorluq dissertasiyalarını müdafiə edib.

Cəlal Abdullayevin "Səməd Vurğunun poetikası" (1976), "Səməd Vurğunun sənət dünyası" (1986) monoqrafik tədqiqatları, çoxlu sayda məqalələri görkəmli şairin yaradıcılıq irsinin araşdırılmasına həsr edilib.

Bütün həyatı və elmi fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olan Cəlal Abdullayevin ali məktəblərin humanitar fakültələri üçün hazırlanmış "Azərbaycan sovet ədəbiyyatı" və "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyi xüsusi əhəmiyyət daşıyır.

Bakı Dövlət Univerisitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor idi.

2010-cu il mayın 20-də dünyasını dəyişib, Xırdalanda dəfn edilib.


Kitabları

"Səməd Vurğunun poetikası" (1976),
"Lirika və zaman" (1982)
"Səməd Vurğunun sənət dünyası" (1986)


Tarix: 06.07.2015 / 16:49 Müəllif: Feriska Baxılıb: 188 Bölmə: Azərbaycan coğrafiyası
loading...