Teymur Bünyadov (azərb. Teymur Nağdalı oğlu Bünyadov; d. 25 dekabr 1911 – ö. 9 aprel 1974) — Tanınmış hərbi xadim, general-mayor (1966)
Həyatı
Teymur Bünyadov 25 dekabr 1911-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Girətağ kəndində anadan olub
1941-ci ildə Qafan RHK-dan orduya çağırılmışdır. F.E.Dzerjinski adına Artileriya Akademiyası nəzdində artileriya birləşmələri üçün komissarlar hazırlayan birillik kursu bitirmiş, Stalinqrad və Cənub-qərb cəbhələri siyasi idarələrində baş təlimatçı olmuşdur.
1946-1952-ci illərdə "Buzovnaneft" tresi rəisinin müavini, Azərbaycan SSR yeyinti sənayesi nazirinin birinci müavini və başqa vəzifələrdə çalışmışdır.
1952-ci ildə yenidən hərbi xidmətə çağırılmış, diviziya siyasi idarəsinin rəisi təyin edilmiş, 1955-ci ilədək bu vəzifədə işləmişdir.
1955-1960-cı illərdə Azərbaycan SSR Daxili İşlər Nazirinin müavini, 1960-1967-ci illərdə DİN-də komendant, 1967-1970-ci illərdə isə SSRİ DİN qoşunlarının Zaqafqaziya üzrə komendantının birinci müavini olmuşdur.
1966-cı ildə general-mayor rütbəsi almışdır.
1970-1974-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində işləmişdir.
Teymur Bünyadov uzun sürən xəstəlikdən sonra 9 aprel 1974-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları
2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni
Qızıl Ulduz ordeni
Tarix: 06.07.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Azərbaycan coğrafiyası