Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Lazım Ağa

Həyatı

Seyid Lazım Ağa 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Kiçik yaşlarında olarkən ailəsi ilə birlikdə Ağdam rayonuna köçmüşdülər.
Seyid Lazım Ağa ziyarətgahı

Dini məktəb oxumasa da, Seyid Lazım Ağa Quranı əzbərdən bilir, çox mükəmməl Quran oxuyurdu. Torpağa çox bağlı olan Seyid Lazım Ağa təsərrüfat işilə, heyvandarlıqla məşğul idi. Başına qara gül dərisindən papaq qoyarmış.

Mərhum prezident Heydər Əliyev 1970-ci ildə Ağdam rayonuna səfər edərkən şəxsən onu ziyarət edib. Hələ Ağdam işğal olunmamışdan əvvəl ermənilər rayonu top, qrad atəşinə tuturlar. Bu vaxt Seyid Lazım Ağa Ağdamın mərkəzi küçələrindən birindən keçirmiş. Atılan qradlardan biri Seyidin yanına düşür və möcüzə baş verir. Mərmi asfaltı yararaq torpağa girir və partlamır.

1993-cü ildə Ağdam uğrunda gedən qanlı vuruşmalarda bir türk jurnalisti əsgərlərlə birlikdə mühasirəyə düşür. Aramsız yağan qrad atəşlərindən xilas olmaq üçün əsgərlər "Ya Allah" deyib Seyid Lazım Ağanın cəddini köməyə çağırırlar. Atılan qradlar elə göydəcə istiqamətini dəyişir, başqa səmtə düşürdülər. Bu hadisənin şahidi olan həmin türk jurnalist Seyid Lazım Ağanın sorağı ilə onun Mingəçevirdəki evinə gəlib çıxır.

Seyid Lazım Ağa 1994-cü il yanvar ayının 3-ü cümə günü 115 yaşında Mingəçevir şəhərində dünyasını dəyişir. Məzarı Ağdam rayonunun Çəmənli kəndindədir. Bu gün Seyid Lazım Ağanın ruhunu yaşadan Seyid Məhəmməd böyük bir elin ağsaqqalıdır.

Seyid Lazım Ağa Azərbaycanın ən tanınmış seyidlərindən biridir, üç övladı var, Seyid Məhəmməd Ağa, Seyidə Humay xanım və Seyidə Pəri xanım.


Tarix: 06.07.2015 / 17:02 Müəllif: Feriska Baxılıb: 225 Bölmə: Azərbaycan coğrafiyası
loading...