Mixail Abramoviç (pol. Michał Abramowicz) — Azərbaycan polyaklarından olan məşhur geoloq-neftçi, alim, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki.
İlk dəfə neft yataqlarında suyun paylanması üzrə Palmer sistemini tətbiq etmişdir. 1932-ci ildən ömrünün axırına qədər Azərbaycan Sənaye İnstitutunda Neft və Qaz yataqlarının axtarışı və kəşfiyyatı kafedrasında professor və kafedra müdiri işləmişdir. 1920-ci ildən 1930-cu ilə qədər “Azneft” Birliyinin Geologiya İdarəsinə rəhbərlik etmişdir. 1935-1937-ci illərdə SSRİ AZFAN-nın geologiya sektorunun rəhbəri olmuşdur. 1938-ci ildən İ.M. Qubkin adına neft-geologiya laboratoriyasına rəhbərlik etmişdir. Neft hasılatında təkrarı üsulların geoloji tətbiqi layihəsinin, Respublikada neft yataqlarında ehtiyatların hesablanmasının və yüksək ixtisaslı geoloq kadrların hazırlanmasında böyük rol oynamışdır. M.Abramoviç 100 çox elm işin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Mükafatları
"Qırmızı Əmək Bayrağı" ordeni və medallarla tətlif olunmuşdur.
Tarix: 06.07.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycan coğrafiyası