Həyatı
Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.
Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız Qalası" baletindən az sonra boşanma ilə sonuclanır. Sənət bağlılıqları isə illərlə davam edir. .
Sənəti
1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olur. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır.
Teatr rəssamı Ənvər Almaszadənin bacısıdır.
Bəstəkar Çingiz Almaszadənin bibisidir .
Quruluş verdiyi əsərlər
"Tərlan" baleti (1940) - xoreoqrafiya məktəbi
"Qız qalası" baleti (1940, 1958, 1977)
"Gülşən" baleti (1949, 1951, 1959)
"Doktor Aybolit" baleti (1949)
"Baxçasaray fontanı" baleti (1951)
"Yeddi gözəl" baleti (1952)
"Qırmızı lalə" baleti (1954)
"Yatmış gözəl" baleti (1955)
"Laurensiya" baleti (1956)
"Qızıl açar" baleti (1957)
"Arlekinada" baleti (1959)
"Qaraca qız" baleti (1965)
"Məhsul" suitası (1959)
"Jizal" baleti (1961)
"Qu gölü" baleti (1963)
"Şur" baleti (1968)
"Don Kixot" baleti (1973) - L. Minkusun əsəri
"Şənlik rəqsi" baleti (1973)
İfa etdiyi rollar
Tao Xoa - R. Qlierin "Qırmızı lalə" baletində (1931)
Medora - A. Adanın "Korsar" baletində (1936)
Mariya - B. Asafyevin "Baxçasaray fontanı" baletində (1939)
Gülyanaq - Ə. Bədəlbəylinin "Qız qalası" baletində (1940)
Raymonda - A. Qlazuovun "Raymonda" baletində (1943)
Odetta-Odilliya - R. Çaykovskinin "Qu gölü" baletində (1943)
Kitri - L. Minkusun "Don Kixot" baletində (1945)
Maşa - R. Çaykovskinin "Şelkunçik" baletində (1949)
Gülşən - S. Hacıbəyovun "Gülşən" baletində (1950)
Ayşə - Q. Qarayevin "Yeddi gözəl" baletində (1952)
Filmoqrafiya
Rəqs edən bağalar (film, 1935)
Axşam konserti (film, 1948)
Doğma xalqıma (film, 1954)
Əmək və qızılgül (film, 1962)
Əfsanələr aləmində (film, 1975)
Qəmər Almaszadə (film)
Qızıl fonddan seçmələr (film, 2001)
Odla təmasda (film,
1972)
Respublikam haqqında həqiqət (film, 1972)
Dünya bir pəncərədir. Qəmər Almaszadə. GünAzTv-də veriliş, 2008.
Tarix: 06.07.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 270 Bölmə: Azərbaycan coğrafiyası