Aqostinyo Neto (Antonio Aqostinho Neto) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir.
Həyatı
Aqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub.
Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir.
Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir. 1962-ci ildə MPLA-nın sədri seçilmiş, müstəmləkiçilərə qarşı silahlı mübarizənin təşkilatçısı və rəhbərlərindən olmuşdur. 1962-ci ildə Vaşinqtona ABŞ-a gedən şair, ölkəsinin qurtuluş savaşına kömək üçün Con Kennedi ilə görüşmüşdür.
11 noyabr 1975-ci ildə Anqola Xalq Respublikası yaradıldıqdan sonra Anqolanın ilk prezidenti və eyni zamanda İnqilabi Şuranın və hökümətin başçısı, silahlı qüvvələrin baş komandanı seçilmişdir.
Ümumdünya Sülh Şurası Rəyasət Heyətinin üzvi idi.
Yaradıcılığı
Aqostinyo Neto şair və publisit kimi də tanınmışdır. Əsərlərini Portuqal dilində yazmışdır. Anqola xalqının milli azadlıq mübarizəsi əsərlərinin əsas mövzusudur.
Kitabları
Şeirlər, 1961
Quru gözlərlə, Şerlər. 1963
Müqəddəs ümid, Şerlər. 1968
Azadlıq nəğmələri. Şerlər. Aqostinyo Neto. T.Bayram. Yazıçı, Bakı, 1978. 84 səh.
Mükafatları
1970 — Beynəlxalq "Lotus" Mükafatı (Asiya Afrika Yazıçılar Birliyi)
1976 — Jolio-Küri adına Qızıl Sülh medalı
1977 — "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı
Vəfatı
Antonio Aqostinho Neto xərçəng müalicəsi səbəbilə 11 sentyabr 1979-cu ildə Moskva şəhərindəki xəstəxanada vəfat edib. Dəfnetmə mərasimi 17 sentyabr 1979-cu ildə Luanda şəhərində keçirilmiş, cənazəsi mavzoleyə qoyulmuşdur.
Xatirəsi
Anqolada adını daşıyan bir universitet var. Anadan olduğu gün Anqolada Milli Bayram kimi qeyd edilir.
Tarix: 06.07.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 283 Bölmə: Azərbaycan coğrafiyası