Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beynəlxalq Qırmızı Xaç Komitəsi

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ müharibəsində itkin düşən vətəndaşların sümüklərinin qalıqlarının kimə məxsus olmasının müəyyənləşdirilməsi məsələsində əməkdaşlığa dair Azərbaycan və Ermənistan hökumətləri ilə saziş imzalayacaq. BQXK müharibədə hər iki tərəfdən itkin düşənlərin müəyyənləşdirilməsi ilə bağlı siyahıyaalmaya başlayacaq. O, artıq bununla əlaqədar tərəflərlə ayrı-ayrılıqda razılaşma əldə edildiyini də qeyd edib: "Azərbaycanda siyahıyaalma Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllərindən ibarət qruplar tərəfindən həyata keçiriləcək. İtkin düşənlərin ailələrində olacaq könüllülər həmin şəxsin kimliyi və tibbi tarixçəsi haqda ətraflı məlumat toplayacaqlar. Hər iki tərəfin humanitar təşkilatları bu məsələ ilə bağlı məlumatları ölkələrinin Dövlət Komissiyasına, onlar isə öz növbələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edəcək". O, məlumatların müharibədən sonra tapılacaq sümük qalıqlarının kimə məxsus olduğunu müəyyənləşdirmək üçün vacib olduğunu söyləyib: "Tapılan sümük qalıqları eksqumasiya olunacaq, toplanan məlumatlar uzlaşdıqda, cəsədin kimliyini müəyyənləşdirmək mümkün olacaq.


Tarix: 27.01.2015 / 15:41 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Azərbaycanın müharibələri‎
loading...