Həmid Xəlilov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Həmid Xudu oğlu Xəlilov 1969-cu ildə Laçın rayonunun Qovuşuq kəndində anadan olub. Uşaqlıqdan vətənə, torpağa, elə-obaya bağlılıq hissi onda çox güclü idi. Ermənilərin torpaqlarımıza göz dikdiyi zamanda Həmidin də içində düşmənlərə qarşı güclü nifrət baş qaldırdı. Həmyaşıdları kimi o da torpaqlarımızı erməni quldurlarından xilas etmək üçün 1992-ci ildə Laçın rayon polis batalyonu sıralarına qoşularaq müharibəyə atıldı. Onun döyüş yolları elə doğma Laçın rayonundan başladı. Sonrakı illərdə Kəlbəcər, Daşkəsən, Füzuli istiqamətində gedən ağır döyüşlərdə Həmidin qəhrəmanlığı dillərdə əzbər oldu. Bütün döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirən Həmidin gülləsindən düşmənin bir hədəfi də yayınmırdı.
1994-cü il aprel ayının 21-də Füzuli rayonu istiqamətində ordumuz tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilidi. Qəflətən atılan erməni mərmisi bu gənc döyüşçünün həyatına son qoydu. Gözlərini əbədi yuman Həmidin cənazəsi Ağdam rayonunun Quzanlı kəndində torpağa tapşırıldı.
Tarix: 26.01.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Azərbaycanın müharibələri