Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ermənistanda Qarabağ hərəkatı

Ermənistanda "Qarabağ hərəkatı" (erm. Ղարաբաղյան շարժում) — erməni millətçilərinin Ermənistan SSR-də və DQMV-də 1980-ci illərin sonunda başlamış olduqları hərəkat. Hərəkatın ilkin məqsədi DQMV-ni Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə qatmaq idi.

Hələ 1987-ci ildə Ermənistan SSR-də və DQMV-də muxtar vilayətin Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə imzalar toplanmışdı. Bu prosesin təşkilatçıları imza toplama kampaniyasını “Referendum” adlandırırdılar.

Dekabrın 1-i Qarabağ ermənilərinin nümayəndə heyəti tələbləri və toplanmış imzaları Moskvada Kommunist Partiyasının Mərkəzi Komitəsinin qəbul şöbəsinə təhvil verir. Müxtəlif mənbələrin verdiyi məlumata əsasən cəmi 75-80 min imza toplanmışdı. 1988-ci ilin yanvarında yazıçı Zoriy Balayanın və İqor Muradyanın aktiv iştirakı ilə Moskvaya Qarabağ ermənilərinin daha bir nümayəndə heyəti gəlir. Bu nümayəndə heyəti özü ilə Qarabağ ermənilərinin yeni müraciətlərini və "Dağlıq Qarabağın əzəli erməni torpağı olmasını sübut edən 8 sənəd" gətirir. Bu sənədlər Qarabağın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və etnoqrafiyasına aid idi. Nümayəndə heyətinin üzvləri Mərkəzi Komitənin qəbul şöbəsinin müdürü Kriqin ilə, Sov. İKP. Mərkəzi Komitəsinin siyasi bürosuna namizəd P. N. Demiçev, Sov. İKP-nın MK-nin millətlərarası münasibətlər üzrə alt şöbəsinin müdürü V. A. Mixaylov ilə görüşlər keçirir. Fevralın əvvəli Qarabağ ermənilərindən ibarət daha bir nümayəndə heyyəti Moskvada V. A. Mixaylov və SSR-nin xarici işlər naziri A. A. Qromıko ilə görüşür. Ç. A. Sultanovun yazdığına əsasən[1] 1988-ci ilin yanvarında Dağlıq Qarabağda aşahıdakı məzmunlu vərəqələr yayılmağa başladı:

"Kolxoz və sovxozlarda eləcə də vilayətin aparıcı müəssisələrində ümumi həmkarlar ittifaqı, komsomol və partiya yığıncaqlarının keçirilməsi və bu yığıncaqlarda Qarabağın Ana Vətənlə birləşməsi məsələsinin müzakirəsinin vaxtı gəlib çatmışdır. Aşkarlıq və demokratiya ruhu bu məsələnin açıq səmimi müzakirəsi üçün təkan olmalıdır. Yığıncaqlarda qəbul olunmuş qətnamələri möhürlərlə təsdiq edərək Sov. İKP-nın MK-nə göndərmək lazımdır."

13 fevral 1988-ci ildə Xankəndində (o zaman Stepanakert) ilk kütləvi nümayiş təşkil olunur[2]. Nümayişçilərin tələbi "DQMV-nin Ermənistanla birləşdirilməsi" idi. Sabahsı gün şairə Silva Kaputikyan Ermənistan SSR-də ən nüfuzlu ictimai təşkilatlardan olan Ermənistan Yazıçılar İttifaqının iclasında Qarabağ ermənilərinin tələblərini dəstəklədiyi haqqında çıxış edir.

Fevralın 16-dan martın 2-nə kimi Xankəndinin mərkəzi meydanında fasiləsiz nümayişlər keçirilir.

Fevralın 20-i DQMV-nin Xalq Deputatları Şurasının növbədənkənar iclasında "Ermənistan SSR və Azərbaycan SSR-in Ali Sovetləri qarşısında, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında vəsadət qaldırılması qərara alınır". Həmin gün vəsadətə dəstək olaraq Yerevanda ilk nümayiş keçirilir.

Martın 1-də Xankəndində Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşısına məqsəd qoymuş "Krunk" təşkilatı yaradılır, təşkilatın rəhbəri Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov olur. Təşkilatın "ideoloji bölməsinin" rəhbəri Xankəndi ipək fabrikinin partkokomu Robert Koçaryan təyin olunur. S. Şaumyan adına şəhər stadionunun direktoru Ramzik Petrosyan xalq drujinalararının təşkil olunması ilə məşğul olur (Bu "drujinaların" ilk işlərindən biri Xankəndində yaşayan azərbaycanlıları qovmaq və onların əmlakını talan etmək olur). Bir müddət sonra Ramzik Petrosyan "Qarabağ özünü müdafiə qüvvələri" adlanan erməni silahlı dəstələrinin komandirlərindən biri olur[3].

Rəsmən “Krunk” təşkilatı məqsədinin “reqionun tarixini” onun “Ermənistan ilə əlagələrini” öyrənmək eləcə də “tarixi abidələri bərpa etmək” olduğunu bəyan etsə də, əslində təşkilat silahlı dəstələr yaratmaq, kütləvi etirazlar və tətillər təşkil etmək ilə məşğul idi. Tomas de Vaal öz kitabında qeyd edir ki: “Krnuk Qorbaçov dövründə Sovet İttifaqında ilk təşkilat idi ki, tətili siyasi silah kimi istifadə etməyə başladı”. Ç. A. Sultanovun məlumatına əsasən 1988-ci il ərzində “Krnuk” dəfələrlə tətillər təşkil edib. Ən uzun tətillər 24 mart - 5 aprel, 23 may – 24 iyul, 12 sentyabr – 9 oktyabr, 14 noyabr – 7 dekabr tarixlərində olub.

Martın 24-ü Azərbaycan SSR-in Ali Sovetinin qərarı ilə komitə (Krunk) ləğv edilir. Lakin faktiki olaraq Krunk öz fəaliyyətini davam etdirir. Mayın 8-i Qarabağ erməniləri Krunkun fəaliyyətinin dayandırılması ilə əlagədar “Direktorlar Şurasının” fəaliyyətini bərpa edirlər, bu təşkilat faktiki olaraq 1991 – ci ilin sonunacan separatçılara rəhbərlik edir, ilin sonunda ermənilər “Dağlıq Qarabağın Ali Sovetinə” seçkilər təşkil edir, bu seçkilərdə Muxtar vilayətin azərbaycanlı əhalisi iştirak etmir.

Bir müddət sonra Arkadiy Manuçarov külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunaraq SSRİ Baş prokurorluqu tərəfindən həbs olunur[4].

Eyni zamanda Ermənistanda Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda kampaniya geniş vüsət alır, Yerevanda “Qarabağ komitəsi” yaradılır. Bir müddət sonra “Qarabağ komitəsi” faktiki olaraq hakim Ermənistan Kommunist partiyasını üstələyir.

Yerevanda nümayişlər şəhərin mərkəzində teatr meydanında təşkil olunurdu. Tomas de Vaal öz kitabında yazır ki, “fevralın 20-i Xankəndində vilayətin Ali Sovetinin sessiyası öz işinə başlamamışdan bir az əvvəl meydana 30 min nəfər adam toplaşır”. Hər gün mitinqlərin iştirakçılarının sayı artırdı.

Fevralın 26-sı Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Kremlda Zoriy Balayanı və Silva Kaputikyanı qəbul edir[5]. Görüşdə Qorbaçovun erməni əsilli köməkçisi Qeorqi Şaxnazarov da iştirak edir.

Şaxnazarov yazır ki, Qorbaçov Qarabağ ətrafında baş verən hadisələri “Arxadan vurulan zərbə” kimi səciyyələndirdi. Həmçinin o qeyd etdi ki, “azərbaycanlıları çətinliklə sakitləşdirirlər, əsası isə təhlükəli presedent yaranır. Ölkədə onlarla potensial etnik qarşıdurma ocağı var, Qarabağ məsələsi, zorakı əməllərə əl atmağa cürət etməyənləri buna ilhamlandıra bilər.

Qorbaçov Dağlıq Qarabağın Ermənistana verilməsi fikrini qəbul etmir, lakin regionda iqtisadi və siyasi islahatların keçirilməsi vədini verir. Öz tərəflərindən Balayan və Kaputikyan Yerevanda teatr meydanında toplanmış insanlara nümayişi bir aylıq dayandırmaq müraciəti ilə çıxış edəcəkləri vədini verdilər.

Həmin gün Yerevanda Mixail Qorbaçovun “Ermənistan və Azərbaycan zəhmətkeşlərinə müraciəti”nin mətni oxundu[6]. Müraciətdə Qorbaçov hər iki respublikanın zəhmətkeşlərinə xitabən “vətəndaş sayıqlığını və mətinliyini qoruyub saxlamağı normal həyata qayıtmağı və ictimai asayişə riayyət etməyə çağırırdı.

Qarabağ hərəkatının rəhbərləri “Sumqayıt hadisələri”ndən öz xeyirlərinə məharətlə istifadə etdilər. Bir tərəfdən onlar Ermənistanda yaşayan azərbaycanlıların qovulması prossesini sürətləndirdilər; digər tərəfdən isə dünya ictimaiyyətini çaşdırmaq məqsədi ilə bir sıra təbliğati aksiyalar keçirdilər. Həmçinin, onlar erməni cəmiyyətinin daha da radikallaşması üçün Sumqayıt hadisələrindən istifadə etdilər. Qeyd etmək lazımdır ki, Ermənistanda yaşayan azərbaycanlıların qovulması prosesi Sumqayıt hadisələrindən əvvəl başlamışdı.

1988-ci il martın 3-ü (Sumqayıt hadisələrindən sonra) “Qarabağ komitəsi” BMT, Ümümdünya kilsələr şurasına, Sosinternə, kommunist partiyalarına, Beynəlxalq qırmızı xaç təşkilatına və Dünya ölkələrinin parlamentlərinə müraciət qəbul edir. Müraciətdə “Sov. İKP-nin mərkəzi komitəsinin bir qrup məsul işçisini və Sovet Azərbaycanının rəhbərliyini erməni xalqına qarşı cinayət törətməkdə ittiham edir”.

Martın 21-də Sov. İKP-nin siyasi bürosunun iclası keçirilir, iclasda Qarabağda və Ermənistanda baş verən hadisələr habelə “Qarabağ komitəsi”nin fəaliyyəti müzakirə olunur. Sovetlər İttifaqının mərkəzi mətbu orqanı olan Pravda qazeti “Qarabağ hərəkatı” həmçinin Azərbaycan və Ermənistanda baş verən hadisələr haqqında “Emosiyalar və Şüur” başlıqlı iri məqalə dərc etdirir. Məqalədə hər iki respublikada baş verənlər “insanları təxribata çəkən məsuliyyətsiz ekstremistlərin əməlləri olduğu bəyan edilirdi”. Bu məqalə həm də Sovet dövlətinin o vaxt üçün rəsmi mövgeyi də hesab oluna bilər.

Martın 23-ü bu məqaləyə cavab olaraq Xankəndində uzunmüddətli kütləvi tətil başlayır, bu tətil aprelin 5-nə kimi davam edir. Martın 24-ü Azərbaycan SSR-in Ali Sovetinin Rəyasət heyəti “Krunk” cəmiyyətinin ləğvi və icazəsiz toplantıların qadağan edilməsi haqqında qərar qəbul edir.

Martın 21-i məşhur alim və hüquq müdafiəçisi olan A. D. Saxarov, Qorbaçova ünvanladığı məktubda Dağlıq Qarabağın Ermənistana verilməsi tələbini dəstəklədiyini bildirir.

1988-ci ilin mayında “Qarabağ komitəsi”nin rəhbərliyində dəyişikliklər baş verir bu dəyişikliklər komitənin fəaliyyətində dönmə nöqtəsi də hesab oluna bilər. Qarabağ erməniləri olan Zoriy Balayan və İqor Muradyan komitədən kənar edilirlər.

Yeni “Qarabağ komitəsi” demək olar ki, bütünlüklə Yerevan ziyalılarından ibarət idi bunların da çox hissəsi elm xadimləri idi.

Tomas de Vaal bu haqda öz kitabında yazır “Yeni liderlər əvvlki kimi, özlərini “Qarabağ komitəsi” adlandırsalar da, onların siyasi maraqları Qarabağın çox-çox xaricinə yayılırdı. Onlar hamısı 1956-1967-ci illərdə Yerevanda keçirilmiş millətçi nümayişlərin dövründə formalaşan nəslə aid idilər. Bu nümayişlərin nəticəsində Ermənistanda 24 aprel 1915-ci il günü erməni soyqırımı günü kimi elan edilir və Yerevanda soyqırım abidəsi ucaldılır. Bu insanlar “erməni məhkəməsi” ya da “Hay dat”ın ideyalarının daşıyıcısı idilər. “Hay dat” Los-Ancelesdən Beyruta kimi ümumi millətçi məqsədlər ətrafında bütün ermənilərin birləşməsini nəzərdə tutur”.

“Qarabağ komitəsi” sonradan “Qarabağla Ermənistanın birləşməsi uğrunda umummilli erməni hərəkatı”na da rəhbərlik eləməyə başladı. SSRİ Baş Prokurorluqu “Qarabağ komitəsi”nin bəzi rəhbərlərini həbs edərək 1988-ci ilin dekabr ayından 1989-cu ilin may ayına kimi həbsdə saxlayır.

1990-cı ilin avqustunda Erməni Ümummilli Hərəkatı Levon Ter Petrosyanın rəhbərliyi ilə Ermənistan Ali Sovetinə keçirilən seçkilərdə qalib gəlir. “Qarabağ komitəsi”nin bir çox üzvü nazir və dövət məmuru olur.

Ermənilərin qırğınları 1990-cı ildə
1990-cı il yanvarında Bakıda baş vermiş ermənilərin qırğınları 1990-cı il yanvarın 13-19-da Bakıda erməni əhalisinin üçüncü böyük qırğını baş verdi. Yalnız milli mənsubiyyət üçün 200 minlik erməni icması zorakılıqlara, qırğınlara məruz qaldı və şəhərdən qovuldu.

Hələ 1988-1989-cu illər ərzində bütün azərbaycanlı KİV-lər, xüsusən televiziya antierməni təbliğat ilə dolu idi ki, o da Azərbaycan paytaxtında ermənilərin qırğınları üçün əsas hazırladı. Radikal tərəfi hakim olan Azərbaycanın “Xalq cəbhəsi” açıq-açığına şəhərin ermənilərini qovmağa və onların mənzillərini almağa çağırırdı. Bütün 1989-cu il ərzində Bakının erməni sakinləri şəhərə çıxmaqdan qorxurdular ona görə ki, erməni vətəndaşlar döyümə və talana məruz qalırdılar ictimai nəqliyyatda olduğu kimi, həm də küçələrdə. 1989-cu ildə Bakıda çoxsaylı ermənilərin qətlləri protokollaşdırıldı. Milli mənsubiyyət üçün Bakı ermənilərindən çoxlarını əsassız olaraq işdən azad edirdilər.

1990-cı il yanvar ayındakı qırğınlar və zorakılıqlar daha əvvəl hazırlaşmışdı. İşlər bir sıra istiqamət ilə aparılımışdı. Xüsusən KİV-lərində geniş əhatəli antierməni təbliğat genişləndirilmişdi ki, onun da təşəbbüskarları azərbaycanlı ziyalılar idi. Televiziyada, radioda çıxış etməklə, çoxlu ziyalılar vurğulayırdı ki, ermənilər ən mühüm vəzifələri və şəhərin ən yaxşı mənzillərini tuturlar. Qırğınların yerinə yetirilməsi mexanizminin növbəti önəmli mərhələsi polisin və təcili yardım xidmətlərinin sistemləşdirilməsi idi. Münasib müəssisələrin işçiləri şəhərdə qeydetməsi olan ermənilərin olmasını dəqiqləşdirirdi. Bütün xırdalıqlarla rayonlara və məhəllələrə bölünmüş şəhərin xəritəsi təşkil edilmişdi ki, orada da ermənilərlə sıx məskunlamış hissələri qeyd edilmişdi. Əvvəlcə həmçinin ermənilərə mənsub olan evlərin siyahıları və mənzillər ünvanları təşkil edilmişdi. Qırıcılara həmçinin hüquq mühafizəçi orqanları kömək edirdilər. Öz növbəsində təcili yardım həkimləri saxta tibbi vəsiqələr verirdi ki, onlara da əsasən ermənilərin ölümü zorakılıqlar yox, ürək-damar pozmalar nəticəsidir.

1990-cı il yanvarınn 13-də ermənilərin qırğınları hər yerə yayılmağa başladı. Zorakılıqların başlanması günü şəhər nümayişçilərlə dolu idi, xüsusən Lenin meydanında o gündə 70-100 nəfər toplanmışdı kimlər ki, hakimiyyətlərin ləğv edilməsini və erməniləri cəzalandırmaq tələb edirdilər. Bütün bunlar SSRİ və Azərbaycan rəhbərliklərinin imkanverməsi şəraitlərində baş verirdi. Yanvarın 13-dəki mitingdən sonra kütlə qruplara bölünməklə Xalq cəbhəsi aktivistlərin rəhbərliyi ilə şəhəri ermənilərdən “təmizləməyə başlayır”. Qaçqınların sözlərincə, zorakılıqların törədilməsi üçün xüsusi sxema vardı: qırıcıların qrupu qeyd edilmiş ünvanlarla ermənilərin mənzillərinə zorla soxulmaqla onları döyürdülər. Müstəsna qəddarlıqla yerinə yetirilmiş vəhşiliklərin, qətllərin çoxsaylı sübutları var. Erməniləri pəncərələrdən atmışlar, dəmir tamasalarıyla və bıçaqlarla öldürmüşlər, qadınları zorlamışlar, çoxları yandırmışlar. Bunlardan sonra Xalq cəbhəsi üzvləri belə adlanan “qanunla formalaşdırılmış sənədlərlə” mənzilləri ziyarət etməyə başlamışlar. Qırıcılar mənzilin erməni sahibinə öz həyatını xilas etmək üçün dərhal limana getmək təklif edirdilər. Şəhidlər söyləyirlər ki, erməni ev sahibi evdən çıxandan kimi dərhal evin rəsmi orderi əlində təzə sahib gəlirdi. Ermənilər yalnız xeyli vacib şeylər özləriylə aparırdılar, lakin ən qiymətli şeylər, ev sənədləri zəbt edilirdi.

1990-cı ildəki faciəli hadisələr zamanı küçələrdə, iş yerlərində, evlərdə, ictimai nəqliyyatda yüzlərlə Bakılı ermənilər döyülmüşlər. Zorla sürgün edilmişlərin əksəriyyəti yaşlılar idilər ki, onlardan çoxları qəddar döymələrə, acizləşdirməyə dözməməklə yolda yaxud xəstəxanalarda öldülər. Barja ilə Türkmənistan SSR Qrasnovodsk şəhərinə çatmış qaçqınlar əsasən döyülmüş və yaralı yaşlı adamlar idi. Ermənilərə qarşı zorakılıqların və qırğınların dalğası daha sonra Bakının rus əhalisi, xüsusən hərbçilər ailələrinə qarşı yayıldı ki, onların da sırasında həmçinin qurbanlar və çoxsaylı yaralılar oldu.

1990-cı il yanvarın 13-20-də Bakı bütünlüklə qırıcılar əlində idi ki, onlar da polis və daxili işlər ordularının göz önündə dəhşətli zorakılıqlar törədirdilər. SSRİ rəhbərliyi bu hadisələrə qarışmırdı baxmayaraq ki, şəhərdə kifayət qədər hərbi bölmələr və SSRİ Daxili işlər nazirliyinin daxili orduları vardı ki, onlar da sürətlə nizam-intizam sala bilirdi. Qətllər və talan yanvarın 20-nə qədər davam etdi haçan ki, sovet orduları nizam-intizamı bərpa etmək üçün şəhərə daxil oldular. Sovet hakimiyyətini Bakıda xilas etmək üçün M.Gorbaçov şəhərdə fövqəladə vəziyyət elan etmək haqqında sərəncam imzaladı ki, onu da SSRİ Silahlı qüvvələrinin hava-desant diviziyasının komandiri A.Lebedev icra etdi. Ordulara müqavimət göstərildi və 150-ə yaxın azərbaycalılar həlak oldular.


Bakıda təşkil olunmuş erməni qırğınları nəticəsində qurban olmuşların dəqiq sayı hələ aydın deyil. Bir sıra tədqiqatçılara əsasən, bu say 400-ü ötür. Bakıdakı hadisələrin tədqiqatı zordur ona görə ki, qaçqınlar SSRİ ərazisində dağılmışlar. Zorakılıqlar nəticəsində Bakıda erməni qalmadı. Yalnız qarışıq nigahlarda olanlar müstəsna olurdu ki, onların da sayı bir neçə yüz təşkil edirdi.

Bakıda, faktiki olaraq, 1988-ci il fevral ayında Sumqayıtda baş vermiş zorakılıqların eyni ssenarisi təkrarlandı: kütləvi mitinglər, nifrət yayan təbliğat, Ermənistandan gəlmiş azərbaycanlıların istifadə edilməsi, mənzillərin əvvəlcə seçilməsi, hüquq mühafizəçi organlarının passivliyi, eləcə də yazıq yaşlılara, qadınlara və uşaqlara qarşı vəhşi əməliyyatlar. Lakin baş vermiş hadisələrin həcmi daha böyük idi.

Bir sıra avropalı və amerikalı KİV-ləri Bakıda baş vermiş hadisələrə döndülər. Yanvarın 18-də senatorların bir qrupu M.Gorbaçova birgə məktub yazdı ki, orada da Bakıda baş vermiş qırğınlarla bağlı öz narahatlıqlarını bildirirdilər.

1990-cı il martın 29-da Bakıdakı hadisələrlə bağlı SSRİ Ali şurasının qapalı iclası keçirildi. Azərbaycanın nümayəndə heyəti komissiya yaratmaq tələb etdi ordunun Bakıya daxil etməsini və onun əməliyyatlarını tədqiq etmək üçün. Buna cavab kimi SSRİ rəhbərliyi müdafiə naziri D.Yazov, daxili işlər naziri V.Bakatin, Dövlət təhlükəsizlik komitəsinin rəisi V.Qryuçqov iclas iştirakçılarına qırğınların elə xırdalıqlarını təqdim etdilər ki, onlar da mətbuatda açıqlanmayıb. SSRİ dağıdılması prosesinin sürətləndirməsi səbəbiylə Bakı ermənilərinin qırğınlarına dair işin gələcək yoxlanması başa çatmadı.

1990-cu il yanvar ayında Bakıda baş vermiş ermənilərin qırğınları Avropa parlamenti və ABŞ Kongresi tərəfindən ittiham edilmişdir. Dəhşətli hadisələrin nəticələri 100 minlərlə qaçqınlar, yüzlərlə öldürülmüşlər və işkəncələrə məruz qalmışlardır. Bakıda baş vermiş hadisələr hüquqi qiymət almayıb, çəkilmiş zərərlər isə, ödənməyib.


Tarix: 27.01.2015 / 14:59 Müəllif: Feriska Baxılıb: 227 Bölmə: Azərbaycanın müharibələri‎
loading...