Həyatı
İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olub[1].
1988-ci ildə Qafan şəhərində mitinq keçirən erməni ekstremistləri:
""Mamedov, gəl bizə qoşul, Qarabağı Azərbaycandan qoparaq""
— deyəndə, İbiş cavab verib ki, mən Azərbaycanın oğluyam, Qarabağ da Azərbaycan torpağıdır. Onu Şəhidlər xiyabanına aparan yol da o cavabdan başlamışdı. İbiş öz dədə-baba yurdundan qovulmuşdu.
Doğma Bakıda fəhlə işləyirdi. Tale İbişə həmişə sərin üz göstərib. İki yaşından yetim qalıb. Ata qayğısı görməyib. 1981-ci ildə, 20 yaşında evlənib. Doqquz il övlad payı gözləyib. İndi də belə... O müdhiş gecə Salyan qazarmasının yanında olub.
Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Hövsan qəsəbəsində adına küçə var
Tarix: 27.01.2015 / 13:17 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Azərbaycanın müharibələri