Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cahangir Rüstəmov

Həyatı
Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəyin Düzrəsullu kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. 1988-ci ildə ordu sıralarından istefaya buraxılmışdır.

Buna baxmayaraq Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə yollanmış, Şəmkir-Gədəbəy batalyonunu yaratmışdır. Bir neçə belə özünümüdafiə batalyonları birləşdirilən vaxt müdafiə naziri tərəfindən alay komandiri təyin edilmişdir. Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 km-lik sərhəddin müdafiəsinə cavabdeh olmuşdur.

1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməmiş, 11 ədəd "SU-24″, "MİQ-25″, 3 ədəd "İL-26″ təyyarələri, 1 ədəd "Mİ-8″ vertolyotu, aviatexnika, külli miqdarda hərbi sursatı müsadirə etmişdir.

1988-ci ildən Gədəbəyin, Şınıxın sərhəd kəndlərinin qorunması bilavasitə C.Rüstəmovun adı ilə bağlıdır. 1992-ci ildə Başkənd (Artsvaşen) əməliyyatı uğrurla başa çatdı. Elə bu döyüşdə də onun sərkərdəlik bacarığı, mahir hərbçi olmaq keyfiyyətləri aşkara çıxdı. Vətən torpaqlarının erməni quldurları tərəfindən işğalına yol verməyən polkovnik C.Rüstəmovun ömür yolu 1994-cü ilin mart ayında başa çatdı. İş başında olarkən faciəli sui-qəsd nəticəsində həlak oldu.

Mükafatları
Ölümündən sonra Respublika Prezidentinin 5 aprel 1994-cü il fərmanma görə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmişdir.


Tarix: 26.01.2015 / 18:24 Müəllif: Feriska Baxılıb: 94 Bölmə: Azərbaycanın müharibələri‎
loading...