Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Metyu Brayza

Metyu Brayza (ing. Matthew Bryza) — Amerikalı diplomat. ABŞ-ın Azərbaycandakı səfiri.

Metyu Brayza Stenford Universitetini və Fletçer Məktəbini bitirib. 1988-ci ildə diplomatik fəaliyyətə başlayıb. Metyu Brayza ABŞ Xarici Xidmətinə 1988-ci ilin avqustunda qoşulub. ABŞ-ın Poznandakı (Polşa) konsulluğunda, Varşavadakı səfirliyində çalışıb (1989-1991).

1991-1995-ci illərdə ABŞ Dövlət Departamentində, 1995-1997-ci illərdə ABŞ-ın Rusiyadakı səfirliyində diplomatik xidmət keçib. 1997-1998-ci illərdə ABŞ-ın Qafqaz və Mərкəzi Asiya ölkələrinə iqtisadi yardımı məsələlərinə kuratorluq edib.

1998-2001-ci illərdə ABŞ prezidenti və dövlət katibi yanında müşavir postunu tutub, Xəzər bölgəsində qaz kəmərlərinin tikilməsinə kömək məsələləri ilə məşğul olub. 2001-ci ildən Milli Təhlükəsizlik Şurasında çalışıb, ABŞ-ın Türkiyə, Yunanıstan, Kipr, Mərkəzi Asiya, Qafqaza yönəlik siyasətinə məsul olub.

2005-ci ildən ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb, 2006-cı ildən Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri postunu tutub. 2009-cu ildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə keçib.

Metyu Brayza 2007-ci ilin avqustunda beynəlxalq siyasət üzrə məşhur araşdırmaçı Zeyno Baranla ailə qurub[2].

O, ABŞ-ın Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələri sahəsində məsuliyyət daşıyır. O, həmçinin Gürcüstandakı Abxaziya və Cənubi Osetiya separatist münaqişələrinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ABŞ cəhdlərini irəli sürür və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına irəli çəkilmısi üçün Avrasiya münaqişələri üçün xüsusi danışıqlarda işləyir[3].

ABŞ prezidenti Barak Obama Brayzanı Azərbaycana səfir postuna 2010-cu il dekabrın 29-da təyin edib[4]. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb. 2012-ci ilin martın 1-də Meytu Brayza Estoniyada yerləşən Müdafiə Məsələləri üzrə Beynəlxalq Mərkəzin (ICDS) direktoru təyin edilib. Brayza akademik işlərin koordinasiyası və istiqamətləri ilə yanaşı, mərkəzin ümumi işlərinə də rəhbərlik edəcək.


Tarix: 22.01.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Azərbaycanın müharibələri‎
loading...