Şəhid atası
1992-ci il may ayının 15-də Ağdamın Abdal-Gulablı kəndləri uğrunda gedən döyüşlərdə oğlu, kəşfiyatçı Sənan Rüstəmov əmri yerinə yetirərkən qəhrəmancasına şəhid olur. 1993-cü ilin mart ayının 1-də ordudan tərxis edilir və Ağdam Şəhər İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini təyin olunur. 1993-cü ilin 22 iyulda Bakıda olduğu vaxt Ağdam cəbhəsində yaranan vəziyətlə əlaqədar, radio, televiziya və mətbuat vastəsi ilə xalqa müraciət edərək, oğlanları Sərvan və Kənanla yenidən orduya qayıdan Əkbər Rüstəmov hamını səfərbərliyə çağırır. Döyüş əməliyatları zamanı onlarla yaralını atəş xəttindən çıxarılmasına nail olan Əkbər Rüstəmov müxtəlif dərəcəli xəsarətlər almışdır.O, noyabr ayına qədər 708 saylı hərbi hissədə, noyabr ayında 190 saylı hərbi hissədə, 24 iyul 1994-cü ildən 701 saylı hərbi hissədə müxtəlif vəzifələrdə qulluq etmişdir. 4 oktyabr 1995-ci ildə ordudan tərxis olunmuşdur. Əkbər Rüstəmov 2004-cü ilin sentyabrından Bakıdakı 7 saylı peşə litseyində idman rəhbəri işləyir. O, öz sevimli peşəsi ilə yanaşı, respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir.Ölkə mətbuatında Qarabağla savaşı ilə bağlı xatirələr silsiləsi, publistik yazılarla çıxış edir. O ,,Qalx ayağa, vətən oğlu,, kitabının müəllifidir.Əkbər müəllim vətənpərvər ziyalı olmaqla yanaşı, həmdə həqiqi din adamıdır. O, 1993-cü ildə Məşhəd, 1999-cu ildə isə Müqəddəs Həcc ziyarətində olub. Milli Qəhrəman Ramiz Qəmbərov adına diploma layiq görülüb.
Əsərləri
"Qalx ayağa, vətən oğlu"
Tarix: 23.01.2015 / 19:05 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanın müharibələri