Gəray Vəlibəyov - Döyüş yolu
Gəray Vəlibəyovun döyüş yolu Ukrayna cəbhəsindən başlayıb. Qırmızı bayraqlı 28-ci qvardiya atıcı diviziyasının komandiri general Q.İ.Çurmaevin, komandanlığı altında 89-cu qvardiya atıcı polkunda təlim batalyonunun komandiri olub. Sonralar o polk komandiri vəzifəsinə təyin edilib. Şərəfli döyüş yolu keçib, onların nailiyyətləri haqqında Sovet-infarmasiya bürosu demək olar ki, bütün xəbərlərində polkun döyüş uğurları haqqında məlumatlar verirdi. G.Vəlibəyov Ukrayna, Moldava, Bolqarıstan torpaqlarının faşistlərdən azad olunmasında fəal iştirak edib. Döyüş dostu polkovnik İ.A.Vyazankin 1978-ci ildə Moskvada nəşr etdirdiyi <<За Строкой Боевого Донесения>> kitabında geniş məlumatlar verib.
Tarix: 23.01.2015 / 17:12 Müəllif: Feriska Baxılıb: 18 Bölmə: Azərbaycanın müharibələri
loading...