Həyat və yaradıcılığı
Mürşüd Məmmədov 1929-cu ildə cənnət Qarabağda – Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə marağı olan Mürşüd qonşuluqda yaşayan Əhməd Ağdamskinin evinə yığışıb istedadlı xanəndələrin ifa etdiyi xalq mahnılarını və muğamlarını dinlər, onlardan eşitdiyi muğamları gizlicə zümzümə edərdi.
Mürşüd Məmmədovun hələ kiçik yaşında ifa etdiyi Qarabağ şikəstəsi bütun Qarabağda insanları heyrətə gətirmişdir. Əsasən Əhməd Ağdamski onun ifasını dinlədiyində gözlərindən qeyri ixtiyari yaş gəlmiş və onu bağrına basmışdir.
Az keçmədi ki, Mürşüd Məmmədov Ağdam musiqi məktəbinin tələbəsi oldu. Özü də Seyid Şuşinskinin sinifində... Qarabağın hər yerində Seyidin ən ləyaqətli tələbəsi kimi böyük şöhrət qazandı.
Lakin 3 ildən sonra Əhməd Ağdamski Ağdaş musiqi məktəbinə müdir vəzifəsinə və Seyid Şuşunski isə Baki musiqi texnikumuna müəllim göndərildi.
Mürşüd Məmmədov İkinci dünya müharibəsindən sonra isə ailəsi ilə birlikdə Şəki şəhərinə köçür. Bir müddət Şəki şəhər Piyonerlər evində bədii özfəaliyyət kollektivinin solisti kimi fəaliyyət göstərir. Qısa zaman ərzində onun şöhrəti, adı-sanı Şəkiyə və ətraf rayonlara yayılır.
Mürşüd Məmmədov 1955-ci ildə Bakıda keçirilən Respublika xalq yaradıcılığı festivalının qalibi olub. Bundan sonra Seyid Şuşinski ona Bakiya köçməyi tövsiyyə edib.
Nəhayət, Mürşüd Məmmədov Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən "AzKonsert"in solisti olur.
1956-cı ildə ailəsini köçürüb gətirən M.Məmmədovun Kömürçü bazarının yanindaki evi sənət məbədgahına çevrilir. Əliağa Vahid, Seyid Şuşinski, Xan Şuşinski, Yavər Kələntərli, Hacı Məmmədov, Ramiz Quliyev, Habil Əliyev, Əbülfət Əliyev, İldırım Həsənov, Arif Babayev, İslam Rzayev və digər sənət adamları bu evə toplaşar və sənət barədə maraqlı söhbətlər edərdilər.
Mürşüd Məmmədov xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün müəllimi Seyid Şuşinskidən səmərəli istifadə etmiş və ən ləyaqətli tələbəsi olmuşdur. Seyid Şuşinski onun bu istedadını görərək, davamçısı olaraq görmüş və müəllimi Cabbar Qaryağdıoğlundan qalan "Qızıl Qavalı"nı tələbəsi Mürşüdə hədiyə etmisdir.
Mürşüd Məmmədov 1958-ci ildə Moskvada keçirilən ümumittifaq xalq yaradıcılığı festifalının laureatı olur.
Mürşüd Məmmədov ömrünün son illərində Muğam məktəbində dərs deyib. Gənclərə muğamlarımızın sirlərini öyrədib. O, ömrünün 30 ilindən çoxunu xanəndəlik sənətinə həsr edmişdir. Mürşüd öz müəllimi kimi, sevdiyi sənətinin qədrini bilər, qəlbinin çövrək duygularını milli musiqimiz olan muğamlarımıza verərdi. Mürşüd Məmmədov "Rast", "Segah zabul", "Qatar", "Bayatı Şiraz", "Mənsuriyyə", "Qarabağ Şikəstəsi" kimi muğamların gözəl ifaçısı idi. İfa etdiyi muğamlar hal-hazırda Azərbaycan Respublikasınin Qızıl fondunda və UNESCO-nun dəstəyi ilə yaradılan Qarabağ Xanəndələri Albomunda yer almaqdadır
Tarix: 23.01.2015 / 17:44 Müəllif: Feriska Baxılıb: 131 Bölmə: Azərbaycanın müharibələri