Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ceyhun Məmmədov (idmançı)

Ceyhun Məmmədov — sambo üzrə 9 dəfə dünya çempionu, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidentidir

Ceyhun Məmmədov 23 may 1968-ci ildə Ağdam şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 1991-ci ildə həmin institutun məşqçilik fakültəsini bitirib. 1992-1997-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, hüquqşünasdır. Ceyhun Məmmədov həmçinin polis polkovnik leytinantı rütbəsini daşıyır.



1985-ci ildə SSRİ idman ustası adına layiq görülüb.
1986-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
1987-ci ildə Beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb.
1990-cı ildə “SSRİ-nin Əməkdar idman ustası” fəxri adı verilib.
1995-ci ildə Beşinci dəfə Dünya çempionu olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Cənab Heydər Əliyev onu şəxsən təbrik edib.
1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən xidmətləri nəzərə alınaraq “Tərəqqi” medalı ilə təltif olunub.
Ceyhun Məmmədov 2003-cü ildən etibarən Azərbaycan Sambo Federasiyasının prezidentidir.


Tarix: 23.01.2015 / 16:44 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanın müharibələri‎
loading...