Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüsal Nuru

Həyatı
Vüsal Nuru 7 iyul 1981-ci ildə Ağdamda doğulmuşdur. Gəncə Dövlət Universitetində və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb (2010-2014)[1].

2009-cu ildə "Prezident təqaüdü"nə layiq görülmüşdür.

Yaradıcılığı
Vüsal Nuru 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Yerli mətbuatda müntəzəm olaraq köşə yazıları, şeirləri və hekayələri ilə çıxış edir.

2006–cı ildən əsasən "Kredo" qəzetində çalışıb. Müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edib. Məqalələri, müsahibələri, esseləri, şeir və hekayələri dövri mətbuatda işıq üzü görüb.

2008-ci ildə "Turan" ədəbi birliyini yaradıb. Birlik kitabxanalarda, muzeylərdə yazıçılarla oxucuların görüşlərini, yubileyləri, kitab təqdimatlarını təşkil edir, eləcə də çağdaş Azərbaycan ədəbiyyatı ilə türk ədəbiyyatı arasında əlaqələr qurmağa çalışır.

“Yağış damlasıyam”, “Eybəcərlər adası”, “999” “Prezidentin qızı” kitablarının müəllifidir. Əsasən fantastik ədəbiyyat nümunələriylə diqqəti cəlb edir. 7 seryalın ssenari müəllifi, 2 qısa metrajlı filmin ssenarisi və rejissoru olub


Tarix: 23.01.2015 / 18:39 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Azərbaycanın müharibələri‎
loading...