Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fariz Bədəlov

Fariz Arzu oğlu Bədəlov — 8 mart 2011-ci ildə Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən həyətlərində qətlə yetirilmiş 8 yaşlı azərbaycanlı uşaq.

Təfərrüatı
Fariz Bədəlov ailənin tək övladı idi və atasız böyümüşdü, babasının yanında qalırdı. Lakin 2011-ci ilin martın 8-də öz həyətində dostları ilə oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi.

Farizin nənəsi Məlahət Bədəlova o günü belə xatırlayır: "Soyuq 8 mart günü idi, hava soyuq idi deyə, Farizi həyətə çıxmağa qoymurduq, amma oynamaq istəyirdi. Çıxan kimi də güllə ilə vurdular. Xəstəxənaya apardıq, amma kömək edə bilmədilər".


Tarix: 23.01.2015 / 16:52 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Azərbaycanın müharibələri‎
loading...