Həyatı
Camal Süleyman oğlu Məmmədov 1970-ci il iyunun 10-da Ağdam rayonun Quzanlı kəndində anadan olub. 1987-ci ildə kənd orta məktəbini bitirib, bir il sonra sovet ordusuna çağrılıb. İkiillik hərbi xidmətini Ukraynada başa vurandan sonra Camal bir müddət doğulduğu kəndə çalışıb.1992-ci il avqustun 10-da müharibənin qızğın çağında könüllü olaraq cəbhəyə gedir. Camal Yaqub Rzayevin (Ala Yaqub)başçılıq etdiyi bataliyonda döyüşürdü.Camalın qırx günlük döyüş yolu Xramord, Fərrux, Canyataq, Gülyataq kəndlərindən keçib. O bu kəndlərin azad edilməsində fəal iştirak edib, bir sıra döyüşlərdə fədakarlıq göstərib.
Ölümündən bir neçə gün əvvəl Camal evə bir günlüyə baş çəkməyə gəlsədə ,səhəri evdə paltarının qurumasını gözləmədən paltarını yaş geyərək cəbhəyə qayıtmışdı. Bundan bir neçə gün sonra - sentyabrın 20-də Camal Xanabad uğrunda gedən döyüşdə mərmi qəlpəsində həlak olur.
Quzanlı qəbirsanlığında dəfn olunub.
Tarix: 23.01.2015 / 15:56 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanın müharibələri