Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PiroqlarAlmalı piroq resepti

Tərkibi

125 qr yumşaq kərəyağı / marqarin
1 çay stəkan. pudra şəkəri
1 paket vanil
1,5 su stəkan. un

3 su stəkan. süd
1 su stəkan. şəkər tozu
2 yemək qaşığı un
1 yemək qaşığı nişasta
1 yumurta sarısı
1 çay qaşığı limon qabığı rəndəsi
1 yemək qaşığı kərə yağı

5 ədəd orta boy alma

almali-piroq-resepti-1

Hazırlanması

Piroq xəmiri üçün un, vanil və pudra şəkərini qarışdırın. Kərəyağını dilimləyib əlavə edin və bir çəngəllə yağları əzərək qarışdırın. Ən son əllərinizlə xəmiri birləşdirib bir qaba alın. Üzərini rulonla sarıb soyuducuda 15 dəq soyudun.

Bu sırada krem üçün kiçik bir qazanda süd, şəkər tozu, un, nişasta və yumurta sarısını mikser ilə yaxşıca qarışdırıb çırpın. Limon qabıqlarını əlavə edib qarışdırın. Ocağa Ardı »

PiroqlarƏtli piroq...

Ət və kartofdan hazırlanan dadlı piroq

Ərzaqlar:

500 qram mal əti (farş)

7-8 ədəd kartof

1 ədəd soğan

1-2 diş sarımsaq

Cəfəri, şüyüd

50 qram kərə yağı

Bitki yağıduz, istiot

Şirə hazırlamaq üçün:

200 ml süd

2-3 ədəd yumurta

Duz

Hazırlanma qaydası:

Kartofu təmizləyib, nazik dilimlərlə doğrayın. Sonra tavada bitki yağında kartofu qızardın. Üzərinə duz və istiot səpməyi unutmayın.

Sarımsağı xırdalayın. Soğanı xırda-xırda doğrayıb, ayrı tavada yağda doğranılmış sarımsaqla 3 dəqiqə ərzində qovurun. Üzərinə farşı əlavə edib, qaşıqla qarışdıraraq 7-8 dəqiqə ərzində bişirin. Üzərinə duz, istiot səpin. Qızardılmış kartofun üzərinə bişmiş farşı töküb, üstünü qaçıqla hamarlayın.

Xörəyin şirəsini hazırlamaq üçün:

Yumurtaları boşqabda sındırıb, yaxşıca çalın. Sonra üzərinə süd töküb, duz səpib, yenidən çalın. Sonra kartofla farşın üzərinə həmin Ardı »

PiroqlarPiroq Xəmiri

Ərzaqlar:
2 + 3/4 fincan un (bir fincan = 150 qram)
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
1 fincan + əlavə 2 xörək qaşığı duzsuz kərə yağı – Yağ mütləq soyuq halda olmalıdır! Əks halda reseptdəki kimi piroq alınmayacaq. Yağ 0.4sm-lik kiçik parçalara doğranmalıdır (1 fincan=225qr)
7-9 xörək qaşığı buzlu (!) su


Hazırlanması:

Böyük qabda əvvəlcə un, şəkər tozu və duz qarışdırılır. Doğranmış yağ əlavə olunur,bıçaqla və ya barmaqların ucu ilə qarışdırılır, iri umac halına salınır. Umac halına salındıqda xəmirin ovuntuları noxuddan bir qədər iri olur. Yağ bir qədər diri qalmalıdır – tamamilə ovmayın!Daha sonra buzlu su xəmirin üzərinə çilənir. Ardı »

PiroqlarAlmalı piroq...

Yay ayların ən sevimli şirniyyatı

Ərzaqlar:

Xəmir üçün:

100 qram- kərə yağı

100 qram kəsmik

100 qram şəkər tozu

200 qram un

1 ç.q. yumşaldıcı

bir çimdik duz

Almalı içlik üçün:

600-700qram alma (4-5 ədəd)

2-3 x.q. limon şirəsi

2 x.q. şəkər tozu

70-80 qram kişmiş

2 x.q. konyak

Şirə üçün:

180-200qram xama

2 ədəd yumurta

1 x.q. şəkər tozu

bir çimdik vanil

2 x.q. kartof nişastası

Piroqu bəzəmək üçün:

Kokos ovuntusu

Şəkər pudrası

Hazırlanma qaydası:

Xəmiri hazırlayın. Una yumşaldıcı əlavə edib, qarışdırın. Yağı bıçaqla kiçik hissələrə bölüb, boşqaba yerləşdirin. Yağın üzərinə şəkər tozu, vanilin, bir çimdik duz, kəsmik və un əlavə edib, yaxşıca qarışdıraraq xəmir yoğurun. Xəmiri yoğurandan sonra üzərini dəsmalla örtüb, 30 dəqiqə ərzində soyuducuya yerləşdirin.

Almalı içliyi hazırlamağa başlayın.

Kişmişi yuyub, qurudun. Sonra kişmişin üzərinə Ardı »

PiroqlarYunan Qabaq (kabaçok, zukini) Piroqu

Son vaxtlar tez-tez bişirdiyim yeməklərdən olan Yunan üsulu qabaq piroqunun reseptini bu gün sizinlə paylaşıram.

Yadımdadır, uşaqlıqda qonşumuzun həyətində qabaq yetişirdi. Görünüşü bir az xiyara oxşayırdı, amma daha uzun idi. Ona kabaçok deyirdilər, bəlli ki, Rus dilindəki adıdır. Məncə Azəricəsi qabaqdır. Amma balqabağıyıla səhf salmayın. Balqabaq da, zukini qabağı da eyni bitku qrupuna daxildirlər, amma fərqli tərəvəzdirlər.

Qabağın görünüşünü bu KEÇİDDƏ görə bilərsiniz.

Bu piroq Azərbaycanın göyərti küküsünü xatırladır, amma ondan fərqlidir. Bir növ Türk börəyini də hatırladır, amma içincə yuxa yoxdur. Qabaqlı piroq həm səhər yeməyində, həm də pratik qəlyanaltı kimi çox ləzzətli olur. Buyurun, nuş olsun.

PS: Bu resepti bloqum vasitəsilə tanış olduğum Ardı »

PiroqlarPiroq

Umac Piroq


Ərzaqlar:

4 st un
2 st şəkər tozu
2 st qatıq
2 yumurta
1 paçka kərə yağı ya da 1 st duru yağ
1 paçka vanil
1 paçka qabartma tozu
Qeyd: bu 1 porsya qab üçün nəzərdə tutulub.


Hazırlanması:

4 st unu sobanın qabına tökürük (çörək bişirmək üçün olan qab). Üzərinə yağı əlavə edib, umac edirik.sonra şəkər tozunu əlavə edib umacı qarışdırırıq. Sonra bu umacın ortasını çuxur kimi aralayıb, ora qatığı, yumurtanı, vanili və qabartma tozunu da əlavə edib qaşıqla qarışdırırıq. Sonra onu hamarlayıb 180 dərəcədə sobada bişməyə qoyuruq.

Reseptə görə Xəyalə İmanovaya Təşəkkürlər...

NUŞ OLSUN... Ardı »

PiroqlarAlmalı Şarlotka..

Almalı Şarlotla Rusiyanın məşhur piroqlarıdan biridir. Piroqun əsl kökü Fransaya gedib çıxır. Fransız aşbazlarının icad etdiyi Şarlotka sonralar Rusiya mətbəxi tərəfindən bəyənilib mənimsənmişdir. Fransız Şarkotkasında piroqun xəmiri isladılmış çörək dilimlərindən hazırlanır. Rusiya versiyasında isə çörək yerinə sadə biskvit xəmiri hazırlanaraq almaların üstünə tökülür. Piroqun sobada bişməsi hardasa 1 saat çəkməsinə baxmayaraq, hazırlanması 10 dəqiqə çəkir. Nuş olsun!

ALMALI ŞARLOTKA

5 ədəd turşməzə alma (1 kg)
1 xörək qaşığı çörək qırıntısı (suxarik)
bir-iki çimdik darçın (zəruri deyil)
4 ədəd yumurta, oda hərarətində (soyuducudan hardasa 30 dəqiqə əvvəldən çıxardın)
1 stəkan şəkər tozu
1 stəkan un
bir çimdik vanil və ya bir neçə damcı vanil ekstraktı
şəkər kirşanı (pudrası), üstü üçün

1. Əvvəlcə Ardı »

PiroqlarKişmişli-qozlu piroq

Xəmir: 200 gr yağ (marqarin olar)
Xama 200 gr
Soda 0,5 ch.q.
2-3 stəkan un
Olar vanilin
İch: 0,75 stəkan iri chəkilmish qoz
0,75 stəkan kishmish
1 əd yumurta
1,5 stəkan shəkər
Vanilin
Kishmishi yuyub shishənədək suda saxlayın. Sonra süsgəcə töküb dəsmalın üstündə qurudun.

Xəmir: Bir qaba 2 stəkan un, 200 gr. yağ tökün. Sodanı xamanın ichində söndürüb əlavə edin. Bunları yaxshıca qarıshdırın. Xəmiri 2 hissəyə bölüb, kənara qoyun.

İchlik üchün kishmishi, qozu, shəkəri və yumurtanı bir yerdə qarıshdırın.

Xəmirin bir hissəsini 20×20 sm yayın, bashqa kağızın üstündə 2-ci hissəni də yayın.

Birinci layın üstünə ichi səpələyin (layın qırağından 1 sm ich tərəfə olmalıdır). İkinci layı birincinin üstünə qoyub qıraqlarını bırk birləshdirin. Səthinə chalınmısh yumurta Ardı »