Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PiroqlarŞokoladlı Armudlu Piroq

Kaliforniyada armud sezonudur. Dükkanlar bu meyvənin müxtəlif növləriylə doludur. Bu piroqu bu bolluqdan istifadə etmək üçün bişirdim. Piroq quru olmamalı, içi bir qədər nəm qalmalıdır – onda çox ləzzətli olur. Nuş Olsun!

Şokoladlı Armudlu Piroq

Resept Elra’s Baking bloqundan adaptə edilmişdir

1 ədəd 23-santimetrəlik piroq üçün

Armudları Bişirmək Üçün:
4 ədəd bərk armud (yumuşaq armuddan istifadə etməyin. Bərk cinsdən olmalıdır, yoxsa armudlar dağılar)
2 stəkan su
Yarım stəkan şəkər tozu

Xəmir Üçün:
113 qram acı-şirin plitka şokolad – əlinizdə hissələrə qırın
Yarım stəkan un
Yarım stəkan un kimi üyüdülmüş badam və ya fındıq
4 xörək qaşığı naşirin kakao tozu
1 çay + bir çay qaşığının dörtdə bir hissəsi qədər qabartma tozu
Bir çimdik duz
113 qram Ardı »

PiroqlarKakaolu piroq

2 ədəd yumurta, 1stəkan yarım şəkər tozu, 1stəkan yarım un,yarım stəkan xama,2çay qaşığı kakao,vanel ve qabartma tozu.yumurtanı yaxşı çırpırıq,üstünə hamısını sıra ilə əlavə edirik sonra 180 dərəcədə bişməyə qoyuruq,üstü üçün Qlazur-50 qr yağ,yarım stəkan şəkər tozu,yarım stəkan süd,2 çay qaşığı kakao.hazırlanması:hamısını əlavə edirik qarşdırırıq dayanmadan.bərkləşənə yaxın götürürük və üstünə əlavə edirik Nuş olsun! Ardı »

PiroqlarŞahmat piroqu

Tərkibi:

şokoladlı korj üçün:
200 kərə yağı
50 ml su
2 st. un
1 st. şəkər tozu
2 yumurta
1 x.q. qabartma tozu
2 x.q. kakao
sinini yağlamaq üçün kərə yağı

ağ korj üçün:
200 q kərə yağı
50 ml su
2 st. un
1 st. şəkər tozu
2 yumurta
1 x.q. qabartma tozu
sinini yağlamaq üçün kərə yağı

korjların arasına:
pavidla

Hazırlanması:

Şokoladlı korj üçün: kərə yağını şəkər tozu ilə çalın. Yumurta və suyu əlavə edin, çalın, ələnmiş un, qabartma tozu və kakao əlavə edin. Eynicinsli xəmir hazırlayın. Yağlanmış formaya (20×30 sm) tökün, 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Soyudun.

Ağ korj üçün: bütün ərzaqları qarışdırın (burada, sadəcə, kakao yoxdur). Xəmiri yağlanmış formaya (20×30 sm) tökün, 180 dərəcə qızdırılmış sobada 25-30 Ardı »

PiroqlarAsan limon piroqu

Tərkibi:
1 yumurta
250 qr qatıq
150 qr bitki yağı
250 qr manna yarması
250 qr un
250 qr şəkər tozu
vanil, yarım rəndələnmiş limon qabığı
1 çay q soda 2, 3 x/q sirkə (sodanı söndürmək üçün)

Hazırlanması:
Qatığı, şəkəri, yumurtanı, yağı, manna yarmasını, vanili,unu limon rəndəsini əllə yaxşıca qarışdırın. sodanı sirkəylə söndürərək qarışdırmağa davam edirik. içi 5-6 sm dərinlikdə olan listi yağlayin əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 35 – 40 dq arası piroqu bişirin. sobadan çıxardıqdan həmən sonra üzərini yüngülcə soyuq su və ya şəkərli suyla sulayın. zövqə görə üzərinə şəkər kirşanı səpin. Nuş olsun! Ardı »

PiroqlarDoyumlu piroq

Dadlı, ləzzətli və doyumlu piroq

Ərzaqlar:

4-5 ədəd almalar (1 kq)

120-150 qram kərə yağı

1-2 ç.q. şəkər tozu ( və yaxud vanil şəkəri)

quru qatışıq üçün:

1stəkan un

1 stəkan manna yarması

1 stəkan şəkər tozu

1,5-2 ç.q qabartma tozu

1 ç.q vanil şəkəri

Hazırlanma qaydası:

Quru qatışığı hazırlamaq üçün: unu qabartma tozu ilə qarışdırıb, ələkdən keçirin. Sonra üzərinə şəkər tozu, manna yarması və vanil şəkəri əlavə edib, yaxşıca qarışdırın.

Almaları yuyub, təmizləyib, sürtkəcin iri gözündən keçirin.

Bişirmək üçün xüsusi forma qabına hazırladığınız quru qatışığı və sürtkəcdən keçirilmiş almaları ardıcıl formada laylarla yerləşdirin: əvvəl quru qatışıqdan töküb, sonra üstündən sürtkəcdən keçirilmiş almaları bərabər şəkildə yayın. Beləcə forma qabı dolana qədər layları ardıcılıqla təkrarlayın. Sonuncu Ardı »

PiroqlarXaşxaşlı cəviz kətəsi

xəmiri üçün

1 su stəkanı ilıq süd
1 çay stəkanı duru yağ
10 qr. instant maya
2 yemək qaşığı toz şəkər
1 çay qaşığı duz
Aldığı qədər un

arasına

3 yemək qaşığı xaşxaş əzməsi
Yarım çay stəkanı duru yağ
3 yemək qaşığı toz şəkər (istəyə bağlı)
Arzu etdiyiniz qədər qoz

üzərinə

1 ədəd yumurta sarısı

Hazırlanması:

Xəmir ərzaqlarını maya ilə yumşaq bir xəmir olana qədər yoğururuq.
Xəmiri gözəlcə bürüyüb qalın bir adyala təxminən 1 saat isti bir yerdə mayalanmasını təmin edirik. Arası üçün xaşxaş əzməsini duru yağ ilə açaraq Sürtülə biləcək qatılığa gətiririk.İçinə 3 qaşıq şəkər və döyülmüş qoz əlavə edib qarışdırırıq.Mayalı xəmiri 2 hissəyə ayırıb, dəzgahda açırıq.Çox incə olmasına ehtiyac yoxdur. Açılan xəmirin üzərinə xaşxaş əzməli Ardı »

PiroqlarMürəbbəli piroq

Süfrələrin bəzəyi

Ərzaqlar:

2 ədəd yumurta

2-3 stəkan un

200 qram kərə yağı və ya marqarin

1 stəkan şəkər tozu

bir çimdik vanilin

1 ç.q. qabartma tozu

150-200 qram mürəbbə və ya cem

Hazırlanma qaydası:

Unu qabartma tozu ilə qarışdırın. Yumşaldılmış kərə yağın üzərinə şəkər tozu, yumurta, vanilin və un əlavə edib, xəmir yoğurun. Xəmiri 2 bərabər olmayan hissəyə bölün (1/3 və 2/3).

Kiçik olan xəmir hissəsini 1 saat ərzində dondurucu kamerada saxlayın. O biri xəmirin hissəsini isə yayıb, xüsusi forma qabına yerləşdirin. Xəmirin üzərindən mürəbbə və ya cem çəkib, bərabər şəkildə yayın.

Dondurucu kameradan xəmiri çıxarıb, sürtkəcin iri gözündən keçirərək, mürəbbənin üzərinə səpin.

Piroqu 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirin. Nuş Ardı »

PiroqlarƏrikli piroq

Ləvazimatlar

Yumurta – 2 ədəd

Şəkər tozu – 350 q

Kərə yağı – 200 q

Xama – 200 q

Çay sodası – ¼ ç.q.

Un – 450 q

Ərik – 12 ədəd

Hazırlanma qaydası

1. Yumurtanın üzərinə şəkər tozu, daha sonra otaq temperaturunda yumşaldılmış kərə yağı əlavə edilib mikserlə çalınır.

2. Başqa bir qabda xamaya soda qatılır və qarışığa əlavə olunub yenidən çalınır.

3. Alınmış kütləyə un əlavə edilib yumşaq xəmir yoğrulur.

4. Ərik baş hissədən ikiyə çərtilir, üzərinə qaynar su gəzdirilib qabığı soyulur və iki hissəyə bölünüb tumu çıxarılır.

5. Hazır xəmir yağlanmış formaya yayılır, üzərinə ərik düzülüb qabaqdacan 180 dərəcəyədək qızdırılmış sobada 25 dəq. hazırlanır. Ardı »